Müəssisənin avadanlıqları üzrə illik cari və əsaslı təmir planlarının hazırlanmasını həyata keçirmək;
Mexanika sahəsi üzrə illik tələb olunan mal-material siyahısının tərtib olunması və büdcəsinin hazırlanması;
Təmir ediləcək avadanlığın konstruktiv xüsusiyyətlərini, mexanizmini və kinematik sxemlərini, təmir və montaj metodlarını bilmək; təmir olunmuş avadanlığın dəqiqliyini və sınaqdan keçirilməsini təmin etmək;
Avadanlıqların vaxtaşırı yoxlanılmasını təşkil etmək və yoxlama nəticələrinə əsasən plandan kənar təmir işlərini həyata keçirmək;
Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı fəaliyyətini təmin etmək; onların saz vəziyyətdə və tələb olunan səviyyədə saxlanmasına nəzarət etmək;
İstehsalatın texniki hazırlığını təmin etmək; tələb olunduqda təmir üçün podratçı təşkilatlarla plan (qrafik) razılaşdırmaq, onları lazımi texniki sənədlərlə təmin etmək və əsaslı təmir üçün siyahıların hazırlanmasında iştirak etmək;
Texniki çertyojlarla işləməyi bacarmaq və detalların sifarişi zamanı düzgün çertyojun təqdim olunmasını təmin etmək;
Rəhbərliyin tapşırıqlarını yerinə yetirmək və əmək funksiyalarına əməl etmək.
Tələblər
Namizədə tələblər:
Ali təhsil (Mexanika mühəndisliyi üzrə);
Mexanika mühəndisliyi sahəsində minimum 2 il iş təcrübəsi (daha təcrübəli namizədlərə üstünlük verilir);
Rus və ingilis dillərini bilmək arzuolunandır;
Microsoft Office proqramlarında işləmək bacarığı.
Digər məlumatlar:
İş yeri: Baku Steel Company, "Azərboru" İstehsalat Sahəsi, Sumqayıt şəhəri.