Baku Steel Company

Mexanika mühəndisi

  • Baku Steel Company
  • Mir-Cəlal küçəsi, 15 (Dərnəgül), Bakı 1029, Azərbaycan
  • Tam ştat

Dünən

113

Təsvir

Vəzifə öhdəlikləri:

  • Müəssisənin avadanlıqları üzrə illik cari və əsaslı təmir planlarının hazırlanmasını həyata keçirmək;
  • Mexanika sahəsi üzrə illik tələb olunan mal-material siyahısının tərtib olunması və büdcəsinin hazırlanması;
  • Təmir ediləcək avadanlığın konstruktiv xüsusiyyətlərini, mexanizmini və kinematik sxemlərini, təmir və montaj metodlarını bilmək; təmir olunmuş avadanlığın dəqiqliyini və sınaqdan keçirilməsini təmin etmək;
  • Avadanlıqların vaxtaşırı yoxlanılmasını təşkil etmək və yoxlama nəticələrinə əsasən plandan kənar təmir işlərini həyata keçirmək;
  • Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı fəaliyyətini təmin etmək; onların saz vəziyyətdə və tələb olunan səviyyədə saxlanmasına nəzarət etmək;
  • İstehsalatın texniki hazırlığını təmin etmək; tələb olunduqda təmir üçün podratçı təşkilatlarla plan (qrafik) razılaşdırmaq, onları lazımi texniki sənədlərlə təmin etmək və əsaslı təmir üçün siyahıların hazırlanmasında iştirak etmək;
  • Texniki çertyojlarla işləməyi bacarmaq və detalların sifarişi zamanı düzgün çertyojun təqdim olunmasını təmin etmək;
  • Rəhbərliyin tapşırıqlarını yerinə yetirmək və əmək funksiyalarına əməl etmək.


Tələblər

Namizədə tələblər:

  • Ali təhsil (Mexanika mühəndisliyi üzrə);
  • Mexanika mühəndisliyi sahəsində minimum 2 il iş təcrübəsi (daha təcrübəli namizədlərə üstünlük verilir);
  • Rus və ingilis dillərini bilmək arzuolunandır;
  • Microsoft Office proqramlarında işləmək bacarığı.

Digər məlumatlar:

İş yeri: Baku Steel Company, "Azərboru" İstehsalat Sahəsi, Sumqayıt şəhəri.

Vakansiya haqqında

Son tarix

July 21, 2025

Paylaşılıb

iyun 22, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı