İşin qısa təsviri
Şirkət rəhbərliyinin iştirakı ilə keçirilən rəsmi görüş, qəbul, səfər və tədbirlərin protokol və işgüzar etiket qaydalarına uyğun təşkilini və protokol təminatını həyata keçirmək.
Əsas vəzifə və öhdəliklər:
- Rəhbərliyin iştirakı ilə keçirilən rəsmi görüş, qəbul, iclas və tədbirlərin protokol təminatını təşkil etmək;
- Yerli və xarici qonaqların qarşılanması, müşayiəti və yola salınmasını protokol qaydalarına uyğun həyata keçirmək;
- Görüş və tədbirlər üzrə proqram, iştirakçı siyahısı, gündəlik, oturma planı və digər protokol sənədlərini hazırlamaq;
- Rəhbərliyin ölkədaxili və xarici səfərlərinin, ezamiyyətlərinin və rəsmi tədbirlərdə iştirakının təşkilində protokol dəstəyi göstərmək;
- Qonaqların nəqliyyat, yerləşmə və digər təşkilati-logistik məsələlərini əlaqələndirmək;
- Rəsmi sənədlərin, memorandum və müqavilələrin imzalanması mərasimlərinin təşkilində iştirak etmək;
- Dəvət, təbrik, təşəkkür, başsağlığı və digər rəsmi yazışmaları hazırlamaq;
- Protokol və korporativ hədiyyələrin seçilməsi, hazırlanması və təqdim olunmasını əlaqələndirmək;
- Struktur bölmələrinə protokol və işgüzar etiket qaydalarının tətbiqi üzrə dəstək göstərmək.