Baku Steel Company
Ana səhifə
/
/
/
Protokol üzrə Mütəxəssis / Aparıcı Mütəxəssis

Protokol üzrə Mütəxəssis / Aparıcı Mütəxəssis

26-08-2026

97

Təsvir

İşin qısa təsviri

Şirkət rəhbərliyinin iştirakı ilə keçirilən rəsmi görüş, qəbul, səfər və tədbirlərin protokol və işgüzar etiket qaydalarına uyğun təşkilini və protokol təminatını həyata keçirmək.


Əsas vəzifə və öhdəliklər:


  • Rəhbərliyin iştirakı ilə keçirilən rəsmi görüş, qəbul, iclas və tədbirlərin protokol təminatını təşkil etmək;
  • Yerli və xarici qonaqların qarşılanması, müşayiəti və yola salınmasını protokol qaydalarına uyğun həyata keçirmək;
  • Görüş və tədbirlər üzrə proqram, iştirakçı siyahısı, gündəlik, oturma planı və digər protokol sənədlərini hazırlamaq;
  • Rəhbərliyin ölkədaxili və xarici səfərlərinin, ezamiyyətlərinin və rəsmi tədbirlərdə iştirakının təşkilində protokol dəstəyi göstərmək;
  • Qonaqların nəqliyyat, yerləşmə və digər təşkilati-logistik məsələlərini əlaqələndirmək;
  • Rəsmi sənədlərin, memorandum və müqavilələrin imzalanması mərasimlərinin təşkilində iştirak etmək;
  • Dəvət, təbrik, təşəkkür, başsağlığı və digər rəsmi yazışmaları hazırlamaq;
  • Protokol və korporativ hədiyyələrin seçilməsi, hazırlanması və təqdim olunmasını əlaqələndirmək;
  • Struktur bölmələrinə protokol və işgüzar etiket qaydalarının tətbiqi üzrə dəstək göstərmək.


Tələblər

  • Ali təhsil; beynəlxalq münasibətlər, dövlət idarəetməsi, xarici dillər və əlaqəli ixtisaslara üstünlük verilir;
  • Protokol, beynəlxalq əlaqələr, tədbirlərin təşkili, inzibati idarəetmə və ya əlaqəli sahələrdə minimum 2 il iş təcrübəsi;
  • Rəhbər şəxslərin iştirakı ilə rəsmi görüş və tədbirlərin təşkilində təcrübə üstünlükdür;
  • Diplomatik və korporativ protokol, işgüzar etiket və rəsmi ünsiyyət qaydaları üzrə biliklər;
  • Rəsmi və işgüzar yazışmaların hazırlanması bacarığı;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Azərbaycan, ingilis və rus dillərində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
  • Yüksək təşkilatçılıq, koordinasiya və təqdimat bacarıqları;
  • Detallara diqqət, operativlik, məsuliyyətlilik və diplomatik ünsiyyət tərzi;
  • Ezamiyyətlərə və zərurət yarandıqda qeyri-standart iş rejimində çalışmağa hazırlıq.


Biz nə təklif edirik?

  • Peşəkar və dinamik iş mühiti;
  • Rəhbərlik səviyyəsində rəsmi görüş və tədbirlərlə işləmək imkanı;
  • Karyera və peşəkar inkişaf imkanları;

Vakansiya haqqında

Son tarix

September 24, 2026

Paylaşılıb

avqust 26, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Dövlət və sosial xidmətlər

İmtiyazlar

  • Nahar təminatı
  • Rəqabətli əmək haqqı;
  • Korporativ nömrə