13-12-2024
606
· Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi (SƏTƏMM) departamentin əməkdaşlarının dəvamiyyəti, təlimləndirilməsi və maarifləndirilməsi və başqa göstəricilərinin inkişaf etdirilməsi;
· Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi (SƏTƏMM) departamentin əməkdaşları tərəfindən müşahidə olunmuş çatışmamazlıqlar haqqında tərtib edilən hesabatların analizi və müvafiq tədbirlər planının hazırlanması;
· Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi (SƏTƏMM) departamentinin aylıq iş planının tərtib edilməsi və onun həyata keçirilməsi, hər ayın sonu görülən işlərin hesabatının hazırlanması;
· Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi (SƏTƏMM) üzrə aylıq istehsalat iclasının informativ dəstək və prizentasiyasının hazırlanması, təşkili və keçirilməsi;
· İstehsalatda baş vermiş hadisə və qəzaların təhlilində iştirak etməsi;
· Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi (SƏTƏMM) İdarəetmə Sisteminin tətbiq edilməsi;
· Müəssisənin bütün bölmə və istehsalat sahələrində əməyin mühafizəsi, və təhlükəsizlik texnikası üzrə qüvvədə olan qanunvericiliyin, qayda və normaların, təlimatların, istehsalat sanitariya-gigiyenasının tələblərinə riayət olunmasına nəzarət edilməsi, aşkarlanmış pozuntularla bağlı icrası məcburi olan xəbərdarlıqların verilməsi (xəbərdarlığın icrasını yalnız şirkət rəhbərliyi dayandıra bilər). Əgər bu pozuntular insanların həyatı və ya ətraf mühit üçün ciddi təhlükə yaradarsa müvafiq qaydada işin dayandırılması;
· Əmək şəraitinin və əməyin mühafizəsinin yaxşılaşdırılması və işçilərin sağlamlığının möhkəmləndirilməsi üçün perspektiv və illik planların layihəsinin hazırlanmasında və həyata keçirilməsində iştirak edilməsi;
· İş yerlərində əmək şəraitini öyrənilməsi, daha müasir çəpərləyici texnika, qoruyucu qurğuların və digər mühafizə vasitələrinin tədbiqində iştirak edilməsi;
· Avadanlığın texniki vəziyyətinin yoxlanılması, onun işin təhlükəsiz aparılması tələblərinə uyğunluğunu təyin edilməsi, lazımi hallarda qəbul edilmiş qaydada istismarının dayandırılması üçün tədbirlərin görülməsi;
· İş yerlərinin attestasiyasının keçirilməsində iştirak edilməsi, iş şəraitinə görə işçilərə təyin edilmiş güzəşt və kompensasiyaların verilməsinə nəzarət edilməsi;
· İstehsalat xəsarətlərinin və qəzalarının, peşə xəstəliklərinin təhqiqində iştirak edilməsi, onların baş vermə səbəblərini öyrənilməsi, aradan qaldırılma tədbirlərinin həyata keçirilməsinın araşdırılması, əvvəlcədən xəbərdarlıq etmə tədbirlərinin effektliyinin analiz edilməsi;
· Xüsusi geyim, ayaqqabı, qoruyucu qurğular və FMV-nə tərtib edilmiş sifarişlərin düzgünlüyünü, işçilərə FMV-nın vaxtında verilməsinin yoxlanılması;
· Cəmiyyətin nəzdində xidmətlər və ya podratçı təşkilatlar tərəfindən görülən işlərə SƏTƏMM əməkdaşları tərəfindən həyata keçirilən nəzarətin istiqamətləndirilməsi və koordinasiya edilməsi;
· Cəmiyyət tərəfindən qəbul olunmuş daxili əmək intizamı qaydalarını yerinə yetirmək.
· Ali təhsil;
· Sahə üzrə ən azı 6 il iş təcrübəsi;
· SƏTƏM sahəsində təlim metodologiyası üzrə bilikləri;
· Azərbaycan Respublikasının qanunvericiliyi (Əmək Məcəlləsi, SƏTƏM sahəsində Nazirlər Kabinetinin qəbul etdiyi Qərarlar, Təlimatlar, digər normativlər və standartlar, habelə SƏTƏM sahəsində Azərbaycan Respublikasının qoşulduğu və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələr) ;
· ISO 9001, ISO 14001, ISO 45001 tələblərinə uyğun Sağlamlıq, Təhlükəsizlik və Ətraf Mühitin qorunmasını təmin olunması ilə bağlı lazımı biliklərə malik olmaq
· Microsoft Office proqramlarını peşəkar səviyyəsində bilməli;
· Yüksək ünsiyyət, təlim keçmək bacarığı, detallara qarşı diqqətlilik kimi keyfiyyətlərə malik olmalıdır.
Son tarix
yanvar 30, 2025
Paylaşılıb
dekabr 13, 2024
Vakansiya növü
Tam ştat
Təcrübə
5-8 il
Vəzifə dərəcəsi
Supervayzer
Təhsil
Bakalavr