Bank Respublika ASC
Ana səhifə
/
/
/
Anderraytinq departamenti / Aqro və mikro kreditlərinin təhlili şöbəsinə baş mütəxəssis

Anderraytinq departamenti / Aqro və mikro kreditlərinin təhlili şöbəsinə baş mütəxəssis

Bu gün

8

Təsvir

·      Filiallardan daxil olan Aqro və mikro kreditləri üzrə təklifləri operativ şəkildə təhlil etmək və çevik, əsaslandırılmış qərarlar verərək təklifləri kredit komitəsinə hazırlamaq;

·      Kredit analizləri üçün təhlil formalarının təkmilləşdirilməsi və qərarların avtomatlaşdırılması istiqamətində təkliflərin hazırlanmasında iştirak etmək;

·      Verilmiş kreditlərin keyfiyyətini qiymətləndirmək və gecikmə portfelini mütəmadi olaraq nəzarətdə saxlamaq;

·      Aqro və mikro kreditlərində riskli məqamların araşdırılması, ehtiyac olduğu halda nəzarət baxışı (supervision) və davamlı monitorinqlərin aparılması.

Tələblər

·      Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);

·      Bankda kredit sahəsi üzrə minimum 3 il iş təcrübəsi (AMD kreditləri üzrə minimum 2 il iş təcrübəsi arzuolunandır);

·      Dil bilikləri: Azərbaycan dili (əla), rus və ingilis dilləri arzuolunandır;

·      MS Office (Word,Excel,Outlook) proqramları üzrə biliklər;

·      Müxtəlif düşüncə və dünyagörüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;

·      Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə bacarığı;

·      Analitik düşünmə qabiliyyəti;

·      Məlumatlar əsasında təhliletmə və düzgün qərarvermə bacarığı;

·      Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;

·      Komandanın bir üzvü olmaq üçün yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.


Vakansiya haqqında

Son tarix

August 25, 2026

Paylaşılıb

avqust 11, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə