Bank Respublika ASC
Ana səhifə
/
/
/
BRight Path-Xanımlar üçün təcrübə proqramı

BRight Path-Xanımlar üçün təcrübə proqramı

Bu gün

127

Təsvir

BRight Path ∞ özünə inanan, yeniliklərə açıq və gələcəyini inamla qurmaq istəyən xanımlar üçün nəzərdə tutulmuş xüsusi təcrübə proqramıdır. Proqram davamlı öyrənmə, şəxsi və peşəkar güclənmə prinsipləri əsasında hazırlanaraq iştirakçıların parlaq gələcək yolunda sistemli və məqsədyönlü inkişafını hədəfləyir.


Proqram çərçivəsində iştirakçılar yalnız peşəkar bilik və təcrübə qazanmayacaq, eyni zamanda:

  • öz potensiallarını daha dərindən kəşf edəcək;
  • peşəkar və şəxsi inkişaf üçün yeni perspektivlər qazanacaq;
  • gələcəyə doğru inamlı və möhkəm addımlar atacaqlar.


Qeyd : Bu xüsusi proqram çərçivəsində universitetlərin bakalavr təhsil pilləsinin sonuncu kursunda və magistratura səviyyəsində təhsil alan namizədlər arasından 8 xanım namizəd seçiləcək.

Təcrübə müddəti 10.03.2026 - 10.05.2026 tarixlərini əhatə edəcəkdir.

Tələblər


  • Universitetin bakalavr 4-cü kurs və magistr tələbələri;
  • Yüksək səviyyədə yazılı və şifahi kommunikasiya bacarıqları;
  • Komanda ilə işləmək bacarığı;
  • Yeni biliklərə və bacarıqlara açıq olmaq, daim inkişaf etmək istəyən namizədlər.
  • Azərbaycan dili sərbəst, rus və ingilis dilləri arzuolunandır.


Gülərüzlük, yüksək kommunikasiya bacarıqları və müştəriyönümlü yanaşma proqram üzrə əsas tələblər sırasında yer alır.

Vakansiya haqqında

Son tarix

February 27, 2026

Paylaşılıb

fevral 20, 2026

Vakansiya növü

Tam ştat

Vəzifə dərəcəsi

Tələbə

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə