Bank Respublika ASC
Ana səhifə
/
/
/
İdarəetmə analitikası şöbəsi

İdarəetmə analitikası şöbəsi

Bu gün

11

Təsvir

  • Bankın müxtəlif biznes istiqamətləri üzrə məlumatların təhlil edilməsi, mövcud problemlərin və inkişaf imkanlarının müəyyənləşdirilməsi;
  • Böyük həcmli məlumatların SQL, Python və digər analitik alətlər vasitəsilə emalı, təhlili və interpretasiyası;
  • Məlumatlar əsasında əsas tendensiyaların, səbəb-nəticə əlaqələrinin və biznesə təsir edən faktorların müəyyən edilməsi;
  • Rəhbərliyin və biznes sahiblərinin qərarvermə prosesini dəstəkləyən data əsaslı analizlərin, hesabatların və tövsiyələrin hazırlanması;
  • Biznes problemlərinin strukturlaşdırılması, uyğun analitik yanaşmanın və həll alqoritminin müəyyən edilməsi;
  • Müxtəlif mənbələrdən əldə olunan məlumatların birləşdirilməsi, keyfiyyətinin yoxlanılması və analiz üçün hazırlanması;
  • KPI-ların və biznes göstəricilərinin müəyyənləşdirilməsi, hesablanması, monitorinqi və dəyişiklik səbəblərinin təhlili;
  • Power BI və digər vizuallaşdırma alətləri vasitəsilə interaktiv dashboard və idarəetmə hesabatlarının hazırlanması;
  • Excel vasitəsilə operativ və kompleks biznes analizlərinin, modellərin və hesabatların hazırlanması;
  • Mövcud biznes proseslərinin effektivliyinin qiymətləndirilməsi və optimallaşdırma imkanlarının müəyyən edilməsi;
  • Analiz nəticələrinin biznes tərəfinə və rəhbərliyə aydın, strukturlaşdırılmış və qərarverməyə yararlı formada təqdim edilməsi;
  • Müxtəlif biznes bölmələri ilə əməkdaşlıq edərək analitik ehtiyacların düzgün müəyyənləşdirilməsi və onların data əsaslı həllərə çevrilməsi;
  1. Qəbul edilən qərarların və həyata keçirilən dəyişikliklərin nəticələrinin sonradan ölçülməsi və təsir analizinin aparılması.


Tələblər

  • Güclü analitik və məntiqi düşünmə bacarığı;
  • Kompleks biznes problemini strukturlaşdırmaq, əsas səbəbi müəyyən etmək və mümkün həll yollarını formalaşdırmaq bacarığı;
  • Məlumatlara yalnız hesabat səviyyəsində deyil, biznes kontekstindən yanaşmaq və rəqəmlərin arxasındakı səbəbləri müəyyən edə bilmək;
  • SQL üzrə yaxşı praktiki biliklər və böyük həcmli məlumatlarla işləmək bacarığı;
  • Python ilə data analitikası üzrə praktiki biliklər;
  • Pandas, NumPy və analoji data analytics kitabxanaları ilə işləmə təcrübəsi;
  • Microsoft Excel üzrə yüksək səviyyəli biliklər və analitik modellərin qurulması bacarığı;
  • Power BI və ya digər BI/data visualization alətləri ilə işləmə bacarığı;
  • KPI, trend, müqayisəli analiz, segmentasiya, səbəb-nəticə analizi və digər analitik yanaşmalar barədə anlayış;
  • Biznes tələblərini analitik tapşırığa çevirmək və uyğun metodologiya seçmək bacarığı;
  • Data əsasında hipotez qurmaq, onu yoxlamaq və nəticələrdən əsaslandırılmış qərarlar çıxarmaq bacarığı;
  • Problemlərə sistemli, analitik və həll yönümlü yanaşma;
  • Analiz nəticələrini texniki olmayan auditoriyaya sadə və anlaşılan formada təqdim etmək bacarığı;
  • Müstəqil araşdırma aparmaq, qeyri-müəyyən situasiyalarda düzgün suallar formalaşdırmaq və həll yolunu müəyyən etmək bacarığı.


Üstünlük hesab olunur


Bank və ya maliyyə sektorunda analitik təcrübə;

Statistik analiz və data modelling üzrə biliklər;

A/B testing, forecasting, customer segmentation və digər advanced analytics yanaşmaları ilə tanışlıq;

Analitik proseslərin Python və ya digər vasitələrlə avtomatlaşdırılması təcrübəsi;

Biznes proseslərinin təhlili və optimallaşdırılması üzrə təcrübə.

Vakansiya haqqında

Son tarix

September 13, 2026

Paylaşılıb

sentyabr 1, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə