Bank Respublika ASC
Ana səhifə
/
/
/
Korporativ Bankçılıq (kredit sahəsi) üzrə Məhsul Sahibi

Korporativ Bankçılıq (kredit sahəsi) üzrə Məhsul Sahibi

26-02-2025

393

Təsvir

  • Korporativ kredit məhsulunun bazar və müştəri tələbləri ilə uyğunluğunu daimi olaraq izləmək və qiymətləndirmək, performans göstəricilərini təhlil edərək inkişaf sahələrini müəyyənləşdirmək;
  • Korporativ kredit məhsulunun müştəri tərəfindən qəbulunu və istifadə təcrübəsini izləmək, müştəri rəylərini toplamaq və bu məlumatları məhsulun inkişafında istifadə etmək;
  • Şirkət daxilində digər şöbələrə (məsələn, satış, marketinq, əməliyyatlar) məhsulun faydaları və xüsusiyyətləri haqqında məlumatlar vermək, həmçinin müştərilərə məhsul ilə bağlı dəstək göstərmək;
  • Rəqabət analizləri aparmaq, bazardakı trendləri izləmək və təhlil etmək;
  • Məhsulun xərclərini və rentabellik göstəricilərini daima izləmək, bu məlumatlarla məhsul qiymətləndirməsi və təkmilləşdirilməsi proseslərini idarə etmək;
  • Korporativ müştəri portfelini genişləndirmək üçün yeni biznes imkanları tapmaq, fərqli sektorlar üzrə kredit məhsullarını uyğunlaşdırmaq;
  • Korporativ kredit məhsulunun inkişafı və təkmilləşdirilməsi üçün uzunmüddətli strategiyaların hazırlanması və həyata keçirilməsi;
  • Rəqəmsal həllər və avtomatlaşdırılmış sistemlər vasitəsilə məhsulun səmərəliliyini artırmaq;
  • Dövri hesabatların hazırlanması. 

Tələblər

  • Ali təhsil (iqtisadiyyat, biznes idarəetməsi sahələri üzrə arzuolunandır);
  • Bankçılıq və ya maliyyə məhsulları sahəsində minimum 3 il iş təcrübəsi arzuolunandır;
  • Azərbaycan dili əla, İngilis və Rus dilləri yaxşı səviyyədə arzuolunandır;
  • Agile metodologiyası və Scrum barədə təcrübə;
  • Bank və maliyyə məhsulları üzrə baza biliklər;
  • MS Office (Excel) proqramları üzrə biliklər;
  • Rəqəmsal məhsul inkişafı və texnologiyalara maraq;
  • Özünümotivasiya, özünü intizam və nəticəyə yönümlülük;
  • Analitik düşünmə qabiliyyəti və biznes tələblərini texniki tələblərə çevirmək bacarığı;
  • Komanda idarəetməsi və layihə idarəetməsi bacarıqları;
  • Kommunikasiya və təqdimat bacarıqları;
  • Qərarvermə və problem həll etmə qabiliyyəti.

Vakansiya haqqında

Son tarix

mart 12, 2025

Paylaşılıb

fevral 26, 2025

Vakansiya növü

Tam ştat

Vəzifə dərəcəsi

Rəhbər

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə