Mobil Tətbiqimizi daim bazar trendlərinə, müştəri ehtiyaclarına və rəqabətə davamlı yöndə inkişaf etdirmək. Eyni zamanda, daim müştəri ehtiyaclarına uyğun yeniliklərin tətbiq edilməsinə çalışmaq;
Məhsul vizyonunu, yol xəritəsini və böyümə imkanlarını müəyyənləşdirmək;
Komanda (analitik, dizayner, tərtibatçı) ilə sıx əməkdaşlıq edərək, məhsuldar və güclü iş mühitini yaradıb, idarə və inkişaf etdirmək;
Mobil Tətbiqi əhatə edən bütün proseslərin idarə olunması;
Məhsul yol xəritəsini və spesifikasiya tələblərini müəyyənləşdirmək;
Mütəmadi olaraq, məhsul üzrə biznes hədəflərin təhlili, istifadəçi aktivliyinin izlənilməsi və artırılması üzrə proqnozların və həllərin verilməsi;
Məhsulun ilkin buraxılışlarını və inteqrasiyasını dəstəkləmək;
Detallı istifadə hallarını, biznes tələblərini və marketinq tələblərini yaratmaq.
Tələblər
Mobil bankçılıq və ödəniş sistemləri sahələrində Məhsul Sahibi kimi ən azı 3 illik təcrübə;
Biznes prioritetləri, müştəri ehtiyacları və bazar barədə güclü anlayışa malik olmaq;
Əla ünsiyyət, komandanı idarəetmə və təqdimat bacarıqlarına sahib olmaq;
Böyük verilənlər (big data) alətləri ilə işləmək bacarığı;
Tətbiq inkişafı prosesi və texnologiyaları barədə sağlam anlayış;
Son istifadəçilər üçün həllər yaratmaq və məhsulun bütün həyat dövrü boyunca uğurlu idarə edilməsini təmin etmək təcrübəsi;
Analitik bacarıqlar da üstünlük təşkil edəcək, xüsusən verilənlər (Excel, Python, SQL) haqqında anlayış;
Mobil tətbiqlərin yaradılması, istifadəyə verilməsi və Mobil tətbiq hazırlayan komandaya rəhbərlik və idarəetmə üzrə təcrübə mütləqdir;
Ödəniş sistemləri (kart biznesi) və pərakəndə maliyyə məhsullarının yaradılması üzrə iş təcrübəsi arzuolunandır;
Azərbaycan dili yüksək, İngilis və Rus dilləri isə yaxşı səviyyədə olmalıdır.