Bank Respublika ASC
Ana səhifə
/
/
/
Şimal bölgəsinə (Sumqayıt) Problemli kreditlərin yığımı üzrə mütəxəssis/aparıcı mütəxəssis/ baş mütəxəssis

Şimal bölgəsinə (Sumqayıt) Problemli kreditlərin yığımı üzrə mütəxəssis/aparıcı mütəxəssis/ baş mütəxəssis

Bu gün

50

Təsvir

  • Təhkim edildiyi filialların problemli kreditləri üzrə işi təşkil etmək;
  • Problemli müştərilərlə işləmək, ödənişlərin yığılması, öz öhdəliklərini yerinə yetirməyən müştərilərin əvəzindən ödəniş etmələri məqsədilə müştərinin zəmanətçiləri ilə görüşmək;
  • Borcu qaytarmayan müştərilərin mülkiyyətində olan əmlak barədə zəruri informasiya əldə etmək məqsədilə müvafiq dövlət orqanlarına sorğu göndərmək;
  • Tələb olunan formada borcların yığılması, cari borclu müştərilər barədə məlumat və borcların yığılmasının nəticələrinə dair problemli kreditlərin yığımına rəhbərlik edən məsul şəxsə hesabatlar vermək;
  • Borcların yığılması və hüquqi problemlərin həll edilməsinin effektiv yollarının tapılması və təmin edilməsi məqsədilə birbaşa rəhbərinə və problemli kreditlərin yığımına rəhbərlik edən şəxsə yardımçı olmaq, cari sistem, prosedur və siyasətlərlə bağlı təkmilləşdirmə barədə təkliflər vermək.  


Tələblər

  • Ali təhsil;
  • Borcların yığılması və problemli müştərilərlə iş üzrə 3 il təcrübə;
  • Kreditləşmə, maliyyə və hüquq sahəsində təcrübəsi olanlara üstünlük verilir;
  • Dil bilikləri: Azərbaycan əla, rus dili arzu olunandır;
  • MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
  • Üzərinə məsuliyyət götürmək, müstəqil işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri;
  • Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla şifahi ünsiyyət qurmaq bacarığı;
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.


Vakansiya haqqında

Son tarix

October 23, 2025

Paylaşılıb

oktyabr 6, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə