Birmarket.az
Ana səhifə
/
/
/
İddiaların İdarəedilməsi Meneceri

İddiaların İdarəedilməsi Meneceri

  • Birmarket.az
  • 57 Üzeyir Hacıbəyov, Bakı, Azerbaijan
  • Tam ştat

20-08-2025

439

Təsvir

Birmarket — Azərbaycanın ən böyük marketplace-i, artıq 5 ildən çox uğurla fəaliyyət göstərir.

Müştəri və tərəfdaş bazamız sürətlə böyüyür və biz bazarda liderliyimizi daha da gücləndiririk.


Bizə İddiaların İdarəedilməsi Meneceri lazımdır — o, bütün şikayət və iddia prosesinə nəzarət edəcək, sistem quracaq və əməliyyatlarda keyfiyyəti yüksəldəcək.


Komanda haqqında:

Hazırda şikayətlərin idarəolunması şöbəsi formalaşma mərhələsindədir. Sən isə bu sistemin əsas aparıcı şəxsi olacaqsan.

Səni nələr gözləyir?

  • Şikayətlərin bütün mərhələlərdə qəbulu və idarə edilməsi
  • Təkrarlanan problemlərin səbəblərini araşdırmaq və həll yollarını tapmaq
  • Rəsmi cavabların, məktubların və hesabatların hazırlanması
  • Logistika, anbar, ticarət və mühasibatlıqla sıx əməkdaşlıq
  • İddiaların vaxtında və keyfiyyətlə işlənməsinə nəzarət
  • Proses və təlimatların hazırlanması, yenilənməsi
  • Hesabatların və analitik təhlillərin aparılması
  • Çətin mübahisələrdə şirkəti təmsil etmək

İlk aylarında qarşılaşacaqsan:

  • Gündəlik şikayətlərin qəbul edilməsi və cavablandırılması
  • Proseslərdə boşluqları görüb onların təkmilləşdirilməsi
  • İlk hesabatların hazırlanması (dinamika, səbəblər, həll yolları)
  • Daxili prosedurların formalaşdırılmasına töhfə vermək


Tələblər

Biz kimi axtarırıq:

  • Şikayətlərin idarəedilməsi və ya müştəri dəstəyi/logistika/hüquq sahəsində ən azı 2 il təcrübəsi olsun
  • Azərbaycan və rus dillərini mütləq mükəmməl bilsin, ingilis dili üstünlükdür
  • MS Office və verilənlərin idarəetmə sistemlərində işləməyi bacarsın
  • Yüksək təşkilatçılıq və koordinasiya bacarıqları ilə seçilsin

Biz nə təklif edirik?

  • Rəqabətli əmək haqqı və bonus sistemi
  • Tibbi sığorta
  • Azərbaycanın ən sürətlə böyüyən şirkətlərindən birində karyera qurmaq imkanı
  • Prosesləri qurmaq və dəyişikliklərə real təsir etmək şansı
  • Dinamik, mehriban və inkişafyönlü mühit

Seçim mərhələləri:

HR ilə ofline /online müsahibə — Şöbə rəhbəri ilə texniki müsahibə — CSCO (Supply Chain) ilə final müsahibə iş təklifi

Vakansiya haqqında

Son tarix

September 29, 2025

Paylaşılıb

avqust 20, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

3-4 il

Vəzifə dərəcəsi

Orta səviyyəli

Kateqoriya here

Logistika və nəqliyyat

İmtiyazlar

  • Medical insurance
  • Dəyərlisən” PASHA loyality proqramına üzvlük
  • Coursera