Birmarket.az
Ana səhifə
/
/
/
Qaytarılma üzrə mütəxəssis

Qaytarılma üzrə mütəxəssis

Bu gün

7

Bağlanılıb

Təsvir

  • Ləğv olunmuş (qaytarılmış) malların qəbulu, saxlanması və göndərişinin həyata keçirilməsi.
  • Malın komplektliyini və vəziyyətinin yoxlanılması.
  • Malın sonrakı statusunu müəyyən edir (satışa yönləndirmə, qüsurlu, utilizasiya, təchizatçıya qaytarma).
  • Anbarda qaytarılmış malların düzgün yerləşdirilməsinə və hərəkətinə nəzarət edilməsi.
  • WMS/OMS və digər uçot sistemlərində düzgün statusların daxil edilməsi.
  • Faktiki göstəricilərin sistem məlumatlarına uyğunluğunun təmin edilməsi.
  • Uyğunsuzluqları, zədələnmələri və çatışmazlıqları aşkar edilib, rəhbərliyin məlumatlandırılması.
  • Keyfiyyət xidməti, logistika, müştəri xidməti və təchizatçılarla qarşılıqlı əlaqənin saxlanılması.
  • Qaytarılan malların uçotunun aparılması və hesabatların hazırlanması.
  • Əməyin mühafizəsi və yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi.
  • Qaytarma prosesinin düzgünlüyünə, uçotun dəqiqliyinə, müddətlərə riayət olunmasına və məsuliyyət zonasında olan maddi-mənəvi dəyərlərin qorunmasına görə məsuliyyətin daşınması.
  • Rəhbərin verdiyi digər tapşırıqların yerinə yetirilməsi.
  • İş günləri və saatları: 2 gün iş / 2 gün ev, 09:00 - 21:00, 21:00-09:00.
  • Ərazi: Lökbatan (20 Yanvar və Koroğlu metrostansiyalarından servis fəaliyyət göstərir).


Tələblər

  • Ali və ya orta ixtisas təhsili.
  • Anbar, logistika, pərakəndə satış və ya qaytarma prosesləri üzrə minimum 1 il iş təcrübəsi.
  • Qaytarma (reverse logistics) prosesləri haqqında bilik.
  • Məhsulun komplektliyinin və vəziyyətinin yoxlanılması bacarığı.
  • Sənədlərlə və elektron sistemlərlə işləmə bacarığı.
  • MS Office proqramlarında (xüsusilə Excell) işləmək bacarığı.
  • Analitik düşünmə və detallara diqqət.
  • Problem həll etmə bacarığı.
  • Azərbaycan dili – sərbəst.
  • Məsuliyyətlilik və operativlik.
  • Komandada işləmək bacarığı.
  • Stressə davamlılıq.


Vakansiya haqqında

Paylaşılıb

mart 3, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Logistika və nəqliyyat