Birmarket.az
Ana səhifə
/
/
/
Satıcı İcması Meneceri

Satıcı İcması Meneceri

20-02-2026

1.9K

Bağlanılıb

Təsvir

  • Satıcı seqmentləri üzrə icma strategiyasını hazırlamaq, kampaniyaları və tədbirləri planlamaq və idarə etmək
  • Bilik bazası, maarifləndirici materiallar, yoxlama siyahıları və video təlimatlar yaratmaq və yeniləmək; self-service alətlərinin istifadəsini təşviq etmək
  • Kommersiya və Məhsul komandaları üçün məlumatları toplamaq, analiz etmək və strukturlaşdırmaq; eskalasiyaları və mübahisələri idarə etmək; nəticələr üzrə hesabatlar hazırlamaq
  • Satıcılarla bağlı bütün kommunikasiya kanallarını qurmaq, inkişaf etdirmək və idarə etmək
  • Strateji tərəfdaşlıqları qurmaq və inkişaf etdirmək
  • Satıcı Portalı və Satıcı mobil tətbiqi üçün məhsul strategiyasını formalaşdırmaq və icrasına rəhbərlik etmək

Tələblər

  • Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilmək (mütləqdir)
  • Aktiv, təşəbbüskar və nəticəyönümlü olmaq
  • Layihə idarəetməsi bacarıqları (Project Management skills)
  • Güclü ünsiyyət və təqdimat bacarıqları
  • MS Office proqramlarını yaxşı səviyyədə bilmək, xüsusilə PowerPoint


Vakansiya haqqında

Paylaşılıb

fevral 20, 2026

Vakansiya növü

Tam ştat

Vəzifə dərəcəsi

Orta səviyyəli

Təhsil

Bakalavr

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə

İmtiyazlar

  • Tibbi Sığorta (işçini əhatə edən)
  • DeyerliSen (Pasha Group Loyalty Program)