Brain Solutions MMC
Ana səhifə
/
/
/
Satınalma əməliyyatları və sənəd dövriyyəsi üzrə mütəxəssis (1C)

Satınalma əməliyyatları və sənəd dövriyyəsi üzrə mütəxəssis (1C)

26-01-2026

1K

Təsvir

Brain Solutions şirkəti telekommunikasiya başda olmaqla müxtəlif sənayelər üçün qabaqcıl, yüksək səmərəli texnoloji həllər təqdim edən aparıcı innovasiya mərkəzidir. Müştərilərə fərdiləşdirilmiş, miqyaslana bilən və biznes nəticələrinə fokuslanan rəqəmsal həllər təqdim etməklə, texnologiyanı strateji üstünlüyə çeviririk.

Şirkət haqqında


BrainSolutions texnoloji həllər və konsaltinq sahəsində lider kimi çıxış edərək, xüsusilə telekommunikasiya seqmentində rəqəmsal transformasiyanı sürətləndirən tətbiqlər hazırlayır. Missiyamız müxtəlif sənaye sahələrində fəaliyyət göstərən tərəfdaşlarımızın unikal ehtiyaclarına uyğun, yüksək keyfiyyətli və fərdiləşdirilmiş texnoloji həllər təqdim etməkdir.


İnnovasiya və səmərəliliyi mərkəzə alan yanaşmamız çərçivəsində, kompleks biznes tələblərini ölçülə bilən nəticələrə çevirən etibarlı texnoloji tərəfdaş kimi fəaliyyət göstəririk.


Şirkətimizin satınalma proseslərinin səmərəli təşkili və icrası məqsədilə bu sahədə təcrübəli, məsuliyyətli və analitik düşüncəyə malik namizədləri əməkdaşlığa dəvət edirik.


Vəzifənin məqsədi


Şirkətin maddi-texniki təminatının vaxtında və səmərəli şəkildə həyata keçirilməsi, satınalma proseslərinin icrası, 1C proqramında əməliyyatların düzgün aparılması və kargüzarlıq işlərinin normativ tələblərə uyğun təşkili.


Əsas vəzifə və öhdəliklər

Satınalma üzrə


Struktur bölmələrdən daxil olan satınalma tələblərinin qəbul edilməsi və sistemləşdirilməsi


Təkliflərin toplanması, müqayisəli təhlilin aparılması


Təchizatçılarla yazışmaların və ilkin danışıqların aparılması


Satınalma sifarişlərinin hazırlanması və icrasına nəzarət


Müqavilə, hesab-faktura, təhvil-təslim aktlarının hazırlanması və yoxlanılması


Satınalma prosesinin daxili qayda və prosedurlara uyğun icrasının təmin edilməsi


1C proqramı üzrə


Satınalma əməliyyatlarının 1C proqramına daxil edilməsi


Mal-material hərəkətinin 1C-də düzgün əks etdirilməsi


Hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi


Məlumatların düzgünlüyünə və vaxtında yenilənməsinə nəzarət


Kargüzarlıq üzrə


Daxil olan və göndərilən sənədlərin qeydiyyatı və uçotu


Rəsmi məktubların, arayışların, xidməti yazıların hazırlanması


Sənədlərin arxivləşdirilməsi və saxlanılması qaydalarına əməl edilməsi


Elektron və kağız daşıyıcılarda sənəd dövriyyəsinin aparılması


Daxili əmrlər və göstərişlərin icrasına nəzarət

Tələblər

Təhsil

  • Ali və ya orta ixtisas təhsili (iqtisadiyyat, maliyyə, idarəetmə və ya əlaqəli sahə üstünlükdür)

Bilik və bacarıqlar

  • 1C proqramı üzrə praktiki biliklər (mütləq)
  • Satınalma prosedurları haqqında anlayış
  • Kargüzarlıq və sənəd dövriyyəsi qaydalarını bilmək
  • MS Office proqramlarında (Word, Excel) sərbəst işləmək
  • Yazılı və şifahi ünsiyyət bacarığı
  • Məsuliyyətlilik, dəqiqlik və operativlik

İş təcrübəsi

  • Müvafiq sahədə minimum 1 il iş təcrübəsi (üstünlükdür)


Təklif etdiklərimiz


Rəqabətədavamlı əməkhaqqı paketi💸


Oyun zonası daxil olmaqla rahat istirahət və əməkdaşlıq məkanları🤾‍♂️

Peşəkar inkişaf və sertifikasiya proqramları üçün maliyyə dəstəyi💰


Əhatəli tibbi sığorta paketi👩‍⚕

Müntəzəm komanda quruculuğu və korporativ tədbirlər🏆


Ayda iki əlavə istirahət günü ilə iş və şəxsi həyat balansını dəstəkləyən iş rejimi😌

Vakansiya haqqında

Son tarix

February 27, 2026

Paylaşılıb

yanvar 26, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Logistika və nəqliyyat

Oxşar vakansiyalar