
Bu gün
188
Vəzifə öhdəlikləri:
· Microsoft Active Directory (AD) mühitində istifadəçi hesablarının yaradılması, idarə edilməsi, bloklanması və deaktiv edilməsi;
· Microsoft Exchange Server mühitində korporativ elektron poçt qutularının yaradılması, konfiqurasiyası və idarə olunması;
· Windows Server əsaslı infrastruktur xidmətlərinin, o cümlədən DNS və DHCP xidmətlərinin işlək vəziyyətinə nəzarət və inzibatçılıq;
· Group Policy (GPO) vasitəsilə istifadəçi və kompüterlər üçün mərkəzləşdirilmiş siyasətlərin hazırlanması və tətbiqi;
· Fayl serverlərində paylaşılan qovluqların yaradılması, idarə edilməsi, NTFS və Share Permissions əsasında giriş hüquqlarının tənzimlənməsi;
· Windows Print Server mühitində şəbəkə printerlərinin quraşdırılması, konfiqurasiyası və idarə olunması;
· Fiziki serverlərin, məlumat saxlama qurğularının və digər server avadanlıqlarının texniki vəziyyətinə nəzarət edilməsi;
· HPE iLO vasitəsilə serverlərin aparat vəziyyətinin, temperatur, ventilyasiya və enerji təchizatı göstəricilərinin monitorinqi;
· Windows əməliyyat sistemləri, domen xidmətləri, korporativ tətbiqlər və şəbəkə resursları üzrə yaranan texniki problemlərin diaqnostikası və aradan qaldırılması;
· İstifadəçilərə ikinci səviyyəli (L2) texniki dəstəyin göstərilməsi;
· GLPI və ya digər Help Desk sistemi vasitəsilə texniki müraciətlərin qəbul edilməsi, icrası və sənədləşdirilməsi;
· İstifadəçi hesabları, giriş hüquqları, GPO dəyişiklikləri və server konfiqurasiyaları üzrə texniki sənədləşmənin aparılması;
· Serverlərin və işçi stansiyaların təhlükəsizlik yeniləmələrinə, antivirus vəziyyətinə və sistem xəbərdarlıqlarına nəzarət edilməsi;
· İnformasiya təhlükəsizliyi ilə bağlı şübhəli fəaliyyət və insidentlər aşkar edildikdə aidiyyəti struktur bölmələrin məlumatlandırılması.
Son tarix
December 9, 2026
Paylaşılıb
noyabr 25, 2026
Vakansiya növü
Tam ştat
Təcrübə
3-4 il
Vəzifə dərəcəsi
Mütəxəssis
Təhsil
Bakalavr