Cash Finance MMC
Ana səhifə
/
/
/
Debitor işləri üzrə Hüquqi Koordinator (Şəmkir)

Debitor işləri üzrə Hüquqi Koordinator (Şəmkir)

29-05-2025

248

Təsvir

📍 İş yeri: Şəmkir

💰 Əmək haqqı: Müsahibə əsasında


📌 Vəzifə öhdəlikləri:

  • Problemli debitorların sənədlərinin e-Məhkəmə sisteminə düzgün və vaxtında yüklənməsi
  • Hüquqi sənədlərin hazırlanması və aidiyyəti üzrə yönləndirilməsi
  • Məhkəmə və icra mərhələsində olan işlərin monitorinqi və sənəd dövriyyəsinin idarə olunması
  • Borclularla bağlı sənədlərin düzgün sistemləşdirilməsi və arxivləşdirilməsi
  • Debitor yığım prosesində iştirak edən əməkdaşların fəaliyyətinə nəzarət və koordinasiya
  • Toplanan debitor borcları üzrə gündəlik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
  • Hüquqşünas, risk və yığım komandası ilə koordinasiyalı işləmək

İş şəraiti:

  • İş günləri: I-VI günlər;
  • İş saatı: 09:00-18:00.

Tələblər

  • Ali təhsil (Hüquq, Maliyyə, Menecment və ya əlaqəli sahələr üzrə)
  • e-Məhkəmə və e-İcra sistemləri ilə işləmək bacarığı və təcrübəsi
  • Hüquqi sənədlərlə (pretenziya, ərizə, bildiriş və s.) işləmə təcrübəsi
  • Debitor borcların idarəolunması sahəsində minimum 1 il iş təcrübəsi
  • MS Office proqramlarında sərbəst işləmə bacarığı
  • Diqqətli, məsuliyyətli və sənəd işlərində sistemli yanaşma
  • Azərbaycan dili – əla səviyyədə; Rus dili – üstünlükdür
  • Komanda ilə işləmək və prosesləri idarə etmək bacarığı

Vakansiya haqqında

Son tarix

July 8, 2025

Paylaşılıb

may 29, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə