Cash Finance MMC üçün yeni mağaza, xidmət və digər biznes partnyorlarının cəlb edilməsi, onların sistemə qoşulmasının koordinasiyası və davamlı satış göndərən aktiv partnyor şəbəkəsinin formalaşdırılması.
Bu vəzifənin əsas məqsədi yalnız yeni partnyor qoşmaq deyil, qoşulan partnyorların uzunmüddətli aktivliyini və stabil satış axınını təmin etməkdir.
Əsas vəzifələr
- yeni potensial partnyorların axtarışı və bazar araşdırılması
- mağaza və sahibkarlarla gündəlik sahə görüşlərinin keçirilməsi
- Cash Finance faktorinq modelinin, üstünlüklərinin və proseslərinin təqdimatı
- kommersiya şərtləri üzrə ilkin danışıqların aparılması
- yeni partnyorların qoşulma prosesinin koordinasiyası
- partnyor əməkdaşlarının ilkin təliminin təşkili
- ilk test satışların başladılması və nəzarəti
- partnyorların aktiv satış göndərən tərəfdaşa çevrilməsi
- passivləşən partnyorların yenidən aktivləşdirilməsi
- CRM/ERP sistemində ziyarət, görüş və aidlik qeydlərinin düzgün aparılması
- həftəlik marşrut planı və nəticə hesabatlarının təqdim edilməsi