CASPI - MARINE TECHNOLOGIES

Aparıcı Mühasib

14-10-2024

273

Təsvir

CMT Group” MMC inşaat, boya, tikinti materialları ,beton qatqıları və toz məhsulları üzrə istehsalçı şirkət olub, “Knarr” və “Penguin” markası altında sənaye boyaları istehsal edir.


İş barədə məlumat:

- Mühasibat uçotu üzrə sənədləşmələrin təşkili;

- Vergi və mühasibat uçotunun aparılması;

- Kassa, bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;

- Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyət hesablanması;

- Gündəlik olaraq Bank və ƏDV depozit hesabının yoxlanılması;

- Debitor və kreditor borc üzrə hesabatların hazırlanması;

- Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların   aparılması;

- İş qrafiki: Həftənin 6 günü (08:00-16:30), nahar 12:00-13:00;

- Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq.

- AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə;

- Ünvan: Abşeron rayonu (Aşağı Güzdək qəsəbəsi)

Tələblər

Namizədə tələblər:

- Maliyyə – mühasibatlıq yönümlü ali təhsil;

- Qeyd olunan sahə üzrə minimum 3 il iş təcrübəsi;

- Microsoft Office proqramlarında sərbəst işləmə bacarığı;

- Elektron hökümət portallarında işləmə bacarığı;

- Vergi, əmək qanunvericiliyi üzrə məlumatlı;

- Verilən tapşırığı vaxtında və dəqiq yerinə yetirə bilən;

- Azərbaycan dilini səlis bilmək, rus dili arzuolunandır;

- İşgüzar, məsuliyyətli, kollektivdə işləmə bacarığı;

- Yaş həddi: 22-40;

- Bəy namizədlərə üstünlük veriləcəkdir.


Vakansiya haqqında

Son tarix

noyabr 23, 2024

Paylaşılıb

oktyabr 14, 2024

Vakansiya növü

Tam ştat

Əmək haqqı

1000 - 1800 AZN

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə