Data ilə düşünən, öyrətməyi sevən və real biznes problemlərinə analitik həllər gətirə bilən Baş Data Analitik / Data Analitika üzrə Təlimçi axtarırıq. Bu rol həm tədris, həm də daxili analitika istiqamətlərini əhatə edir və data biliklərini real mühitdə tətbiq etməyi sevən peşəkarlar üçün nəzərdə tutulub.
Tədris öhdəlikləri:
- Code Academy-nin təqdim etdiyi Data Analitika proqramı üzrə dərslərin tədrisi;
- Dərs materiallarının hazırlanması, yenilənməsi və proqram rəhbəri ilə koordinasiya;
- Tələbələrə mentorluq və konsultasiya dəstəyi göstərmək;
- Tədris fəaliyyəti əsnasında Tələbə heyətinə tapşırıq, sorğular, yoxlama işi və imtahanların təşkil olunması və qərarlaşdırılan son tarixədək qiymətləndirilməsi.
Daxili analitika öhdəlikləri:
- Data flow-ların avtomatlaşdırılması;
- Məlumatların düzgünlüyünün və etibarlılığının təmin edilməsi;
- Data governance prinsiplərinin tətbiqi;
- Data infrastrukturu strategiyasının formalaşdırılması və icrası;
- Mütəmadi və ad-hoc hesabatların hazırlanması;
- Aylıq performans icmallarının hazırlanması;
- İclaslar üçün analitika və hesabat dəstəyi;
- Dashboard və BI həllərinin qurulması.