Dinamik və kreativ komandamıza vizual hekayə anlatmağı bacaran və trendləri sürətlə kontentə çevirən Content Creator axtarırıq. Content Creator olaraq kontentin ideyasından tutmuş yayımlanmasına qədər bütün prosesi aktiv şəkildə idarə edəcəksən.
Vəzifə öhdəlikləri:
- Foto və video çəkilişlərini tam müstəqil şəkildə həyata keçirmək;
- Kadr planlaması, kompozisiya, işıq qurulması və sahədə operativ çəkiliş proseslərini idarə etmək;
- Çəkilmiş materialların mobil video montaj alətləri (CapCut və s.) vasitəsilə peşəkar şəkildə hazırlanması;
- Reels, TikTok və YouTube Shorts formatlarına uyğun yüksək keyfiyyətli videoların hazırlanması;
- Sosial media trendlərini davamlı olaraq izləmək və onları brend strategiyasına uyğun kontent formasında təqdim etmək;
- Kontent ideyasnın formalaşdırılmasından onun istehsalına qədər bütün mərhələlərdə aktiv iştirak etmək;
- Komanda ilə koordinasiyalı işləmək və brendin tonuna uyğun kontent istehsalını təmin etmək.