Code Academy olaraq dinamik və yenilikçi komandamıza Senior Graphic Designer axtarırıq. Əgər sən kreativ yanaşmaya, vizual estetikaya və təhsil sahəsində fərq yaratmağa inanırsansa, bu fürsət sənin üçündür!
Vəzifə Öhdəlikləri:
- Code Academy-nin bütün vizual kommunikasiya materiallarının hazırlanması (posterlər, sosial media paylaşımları, bannerlər, təqdimatlar və s.)
- Mövcud brend üslubuna uyğun olaraq dizaynların hazırlanması və yeni vizual istiqamətlərin təklif edilməsi
- Təhsil məhsulları, tədbirlər və kampaniyalar üçün konseptual vizual həllərin hazırlanması
- Motion və ya video kontent komandası ilə əməkdaşlıq edərək inteqrasiya olunmuş dizaynların yaradılması
- Çap üçün hazırlanan faylların keyfiyyətli və düzgün təqdim edilməsi
- Komanda ilə sıx əməkdaşlıq edərək, dizayn proseslərinin vaxtında və effektiv şəkildə həyata keçirməsi