Code Academy

SOC Manager

01-12-2025

315

Təsvir

Azərbaycanın aparıcı kibertəhlükəsizlik şirkətlərindən biri olan tərəfdaş şirkətimiz üçün Təhlükəsizlik Əməliyyatları Mərkəzinin (SOC) fəaliyyətinə rəhbərlik edəcək, güclü liderlik bacarığı, peşəkar bilik və strateji yanaşmaya malik SOC Manager axtarırıq. Əgər sən də beynəlxalq layihələrdə yer almaq, innovativ komandada işləmək və peşəkar səviyyəni daha da artırmaq istəyirsənsə bu fürsət sənin üçündür!


Tərəfdaş şirkətimizdə işləməklə sən:


  • Regional SOC, MSSP və Threat Intelligence layihələrində aktiv iştirak
  • Yenilikçi, yüksək texnologiyalı və inkişaf yönümlü iş mühiti
  • Davamlı təlim, sertifikatlaşdırma və peşəkar inkişaf dəstəyi
  • Genişmiqyaslı layihələr və müxtəlif yerli və beynəlxalq müştəri portfeli ilə işləmək imkanı əldə edəcəksən.


Bu vəzifədə əsas iş öhdəliklərin aşağıdakılar olacaqdır:


  • SOC bölməsinin gündəlik fəaliyyətinə nəzarət etmək və bütün əməliyyat proseslərini koordinasiya etmək
  • Analitiklər, mühəndislər, GRC və təhdid kəşfiyyatı üzrə mütəxəssislərdən ibarət SOC komandasına rəhbərlik etmək və komandanın inkişafını təmin etmək
  • Monitorinq, təhlil və insidentlərə cavab (IR) proseslərini idarə etmək
  • SIEM, SOAR, EDR/XDR və Threat Intelligence platformalarının idarə edilməsi və optimallaşdırılması
  • SOC üzrə performans göstəricilərinin (KPI və SLA) müəyyənləşdirilməsi və mütəmadi hesabatların hazırlanması
  • Müştərilərə göstərilən SOC xidmətlərində operativlik, keyfiyyət və fasiləsizliyi təmin etmək
  • SOC imkanlarının gücləndirilməsi üçün yeni texnologiyaların qiymətləndirilməsi və tətbiqi
  • Təhlükəsizlik insidentləri üzrə RCA aparılması və qabaqlayıcı tədbirlərin hazırlanması
  • İdarə heyətinə mütəmadi əməliyyat və strateji təhlükəsizlik üzrə hesabatların təqdim edilməsi
  • SOC fəaliyyətinin beynəlxalq standartlara (ISO 27001, NIST, MITRE ATT&CK və s.) uyğunluğunun təmin edilməsi


Tələblər

  • İnformasiya təhlükəsizliyi sahəsində minimum 5 il iş təcrübəsi, SOC Manager və ya oxşar rəhbər vəzifədə minimum 1 il təcrübə
  • SIEM/SOAR texnologiyaları üzrə yüksək səviyyədə biliklər ( (IBM QRadar, Splunk, Azure Sentinel, LogRhythm, və s.)
  • Insident Response, Threat Intelligence, Vulnerability Management və Penetration Testing sahələrində praktiki təcrübə
  • GRC (idarəetmə, risk və uyğunluq) haqqında anlayış
  • Komanda idarəçiliyi, planlaşdırma və performansın qiymətləndirilməsi üzrə güclü bacarıqlar
  • Analitik düşüncə, problemlərin həlli və qərarvermə bacarıqları
  • İngilis dilində sərbəst oxuma, yazma və danışıq bacarığı
  • Üstünlük verilən sertifikatlar: CISSP, CISM, CEH, GIAC, CompTIA Security+, ISO 27001 LI/LA

Vakansiya haqqında

Son tarix

January 10, 2026

Paylaşılıb

dekabr 1, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Rəhbər

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik

Oxşar vakansiyalar