Code Academy
Ana səhifə
/
/
/
Videoqraf & Reelsmaker

Videoqraf & Reelsmaker

  • Code Academy
  • Nizami küçəsi 203B, AF Business House, 2-ci mərtəbə, Baku 1000, Azərbaycan
  • Tam ştat

Bu gün

23

Təsvir

Dinamik və kreativ komandamıza vizual hekayə qurmağı bacaran, sosial media trendlərini izləyərək onları brendə uyğun video kontentə çevirən Videoqraf & Reelsmaker axtarırıq. Bu rolda sən video kontentin ideya mərhələsindən çəkiliş və montaja qədər olan bütün mərhələlərdə aktiv iştirak edəcək, sosial media, reklam və daxili kommunikasiya üçün yaradıcı və keyfiyyətli videolar hazırlayacaqsan.


Vəzifə öhdəlikləri:

  • TikTok, Reels və Shorts trendlərini izləmək və brendin kommunikasiya üslubuna uyğun tətbiq etmək;
  • Sosial media, reklam və daxili kommunikasiya məqsədli çəkiləcək video kontentlər ideya və ssenari mərhələsində iştirak etmək;
  • Şirkətdaxili video çəkilişləri (təlim, tədbir, müsahibə və s.) həyata keçirmək;
  • Çəkiliş zamanı işıq, kompozisiya, səs və kadr keyfiyyətinə nəzarət etmək;
  • Sosial media və reklam videolarını trendlərə uyğun montaj etmək;
  • Videolara alt yazı, keçid effektləri, sadə animasiyalar, musiqi və vizual elementlər əlavə etmək;
  • Video materialları TikTok, Instagram, YouTube, LinkedIn və digər platformaların texniki ölçü və format tələblərinə uyğun hazırlamaq;
  • Video arxivini nizamlı şəkildə idarə etmək;
  • Marketinq və digər əlaqədar komandalarla əməkdaşlıq edərək video kontentlərin vaxtında hazırlanmasını təmin etmək.

Tələblər

  • Ali təhsil (xüsusilə media, kommunikasiya, dizayn, marketinq və ya əlaqəli sahələr üzrə təhsil arzuolunandır);
  • Video çəkiliş və montaj sahəsində minimum 2 il iş təcrübəsi;
  • Kamera və/və ya mobil cihazlarla keyfiyyətli video çəkiliş bacarığı;
  • İşıq, kompozisiya, kadr quruluşu və əsas səs yazısı prinsipləri üzrə biliklər;
  • Adobe Premiere Pro və/və ya CapCut proqramlarında peşəkar işləmək bacarığı;
  • Sosial media trendlərinə qarşı yüksək həssaslıq və araşdırma qabiliyyəti;
  • Video kontentlərdə hekayə qurmaq (storytelling) bacarığı;
  • Estetik zövq və zamanın düzgün idarə olunması;
  • İngilis dili üzrə orta səviyyədə bilik;
  • Portfolio təqdim edilməsi mütləqdir.


Üstünlükdür:

  • Adobe After Effects və Photoshop proqramlarını başlanğıc səviyyədə bilmək;
  • Süni intellekt (AI) əsaslı video alətlərindən istifadə təcrübəsi;
  • Təhsil və ya xidmət sektorunda iş təcrübəsi.

Vakansiya haqqında

Son tarix

July 8, 2026

Paylaşılıb

iyun 8, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Kütləvi İnformasiya vasitələri və İctimaiyyətlə Əlaqələr