Şirkətin daxili qayda, siyasət və prosedurlarından irəli gələn tələblərin icrasının monitorinqinə dəstək göstərmək;
Komplayens və daxili nəzarət fəaliyyəti üzrə tələb olunan məlumat və sənədlərin toplanmasını, sistemləşdirilməsini və uçotunun aparılmasını təmin etmək;
Müştərilər və əməliyyatlar üzrə ilkin yoxlamaların aparılmasında, o cümlədən KYC məlumatlarının və təqdim edilmiş sənədlərin yoxlanılmasında iştirak etmək;
Müştərilərin PEP, sanksiya siyahıları, yüksək riskli ölkə və digər müəyyən edilmiş risk meyarları üzrə yoxlanılmasını həyata keçirmək;
Şübhəli, qeyri-adi və yüksək riskli əməliyyatlar üzrə tələb olunan məlumatları toplamaq və ilkin araşdırmanın aparılmasına dəstək göstərmək;
Aşkarlanmış uyğunsuzluq, çatışmazlıq və risk halları barədə birbaşa rəhbərə məlumat vermək;
Komplayens riskləri, çatışmazlıqlar, tapşırıqlar və tədbirlər üzrə reyestrlərin və digər uçot sənədlərinin aparılmasına dəstək göstərmək;
Daxili nəzarət yoxlamaları zamanı tələb olunan sənəd və məlumatların toplanmasını həyata keçirmək;
Daxili qayda, prosedur, təlimat, hesabat, arayış, xidməti qeyd və digər sənədlərin hazırlanmasında texniki və təşkilati dəstək göstərmək;
Dövlət orqanlarından, Mərkəzi Bankdan, Maliyyə Monitorinqi Xidmətindən və digər aidiyyəti qurumlardan daxil olan sorğular üzrə tələb olunan məlumatların toplanmasında iştirak etmək;
Şöbənin fəaliyyəti üzrə dövri hesabatların hazırlanması üçün zəruri məlumatların toplanmasını və sistemləşdirilməsini həyata keçirmək;
Aşkarlanmış çatışmazlıqların aradan qaldırılması üzrə verilmiş tapşırıqların icra vəziyyətinin izlənilməsinə dəstək göstərmək;
Komplayens, ƏL/TMM və daxili nəzarət üzrə təlimlərin təşkili və təlim materiallarının hazırlanmasında iştirak etmək;
Hesabatlılıq prosesləri üzrə məlumatların toplanmasına və ilkin yoxlanılmasına dəstək göstərmək;
Şöbənin fəaliyyət istiqamətləri üzrə elektron və kağız daşıyıcılarda sənədlərin düzgün saxlanılmasını və məlumatların aktuallığını təmin etmək;
Birbaşa rəhbər tərəfindən şöbənin fəaliyyət istiqamətlərinə uyğun verilən digər tapşırıqları yerinə yetirmək.
Tələblər
Ali təhsil; hüquq, iqtisadiyyat, maliyyə, biznesin idarə edilməsi və ya digər uyğun ixtisaslara üstünlük verilir;
Komplayens, daxili nəzarət, ƏL/TMM, risklərin idarə edilməsi və ya maliyyə sektorunda təcrübə arzuolunandır;
Azərbaycan Respublikasının ƏL/TMM və maliyyə sektoru üzrə qanunvericiliyi barədə ilkin biliklər;
KYC, müştəri uyğunluğu və əməliyyatların monitorinqi üzrə baza bilikləri;
MS Office proqramlarında, xüsusilə Word və Excel-də işləmək bacarığı;
Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
Rus və ingilis dili bilikləri üstünlük hesab olunur;
Məlumatların təhlili və sənədlərlə işləmək bacarığı;
Məxfi məlumatlarla işləyərkən konfidensiallıq prinsiplərinə riayət etmək bacarığı;
Maliyyə texnologiyaları, ödəniş xidmətləri və elektron pul sahəsinə maraq və öyrənməyə hazırlıq.