Data Steward təşkilatın məlumat aktivlərinin daha düzgün, strukturlaşdırılmış və effektiv idarə olunmasını təmin edən əsas rollardan biridir. Bu vəzifədə çalışan əməkdaş müxtəlif struktur bölmələri ilə sıx əməkdaşlıq edərək məlumatların mənasını, istifadəsini, biznes qaydalarını və əlaqələrini sənədləşdirir, məlumatların keyfiyyətinin artırılmasına dəstək verir və məlumatların vahid yanaşma əsasında idarə olunmasına töhfə verir.
Data Steward məlumatların texniki emalını həyata keçirmir, lakin məlumatların biznes baxımından düzgün başa düşülməsi, sənədləşdirilməsi və istifadəsi üçün biznes və texniki komandalar arasında əlaqələndirici rolunu oynayır. Bu rol çərçivəsində əməkdaş business glossary, metadata, data catalog, məlumat keyfiyyəti və bilik bazalarının formalaşdırılması istiqamətində fəaliyyət göstərəcək, eyni zamanda süni intellekt və chatbot həllərində istifadə olunacaq məlumatların strukturlaşdırılmasına dəstək verəcəkdir.
Əsas vəzifə öhdəlikləri
Müxtəlif struktur bölmələri ilə görüşlər keçirmək və məlumatlarla bağlı tələbləri toplamaq
Məlumat mənbələrini, məlumat elementlərini və biznes qaydalarını müəyyənləşdirmək və sənədləşdirmək
Business Glossary yaradılması və inkişaf etdirilməsində iştirak etmək
Məlumat terminlərinin, anlayışlarının və biznes təriflərinin hazırlanmasını təmin etmək
Metadata məlumatlarının toplanması və sənədləşdirilməsi prosesində iştirak etmək
Data Catalog sisteminin formalaşdırılmasına dəstək vermək
Məlumat axınlarının və məlumatlar arasındakı əlaqələrin sənədləşdirilməsində iştirak etmək
Məlumat sahibləri və mövzu üzrə ekspertlərlə (SME) əməkdaşlıq etmək
Məlumat keyfiyyəti problemlərini müəyyən etmək və onların həlli üzrə aidiyyəti tərəflərlə işləmək
Süni intellekt və chatbot layihələri üçün istifadə olunacaq məlumat mənbələrinin müəyyənləşdirilməsində iştirak etmək
Bilik bazalarının yaradılması və strukturlaşdırılması işlərini dəstəkləmək
Müxtəlif hesabatlar, təhlillər və sənədlər hazırlamaq
Biznes və texniki komandalar arasında məlumatlarla bağlı koordinasiya funksiyasını yerinə yetirmək
Məlumatların idarə olunması üzrə daxili qaydaların tətbiqinə dəstək vermək
Tələblər
Analitik düşüncə və problem həll etmə bacarığı
Məlumatları araşdırmaq, təhlil etmək və sistemləşdirmək bacarığı
Məlumatların biznes baxımından şərh edilməsinə maraq
Güclü yazılı və şifahi ünsiyyət bacarıqları
Sənədlərin hazırlanması və idarə olunması bacarığı
Tələblərin toplanması və müsahibələrin aparılması bacarığı
Komandada işləmək və müxtəlif maraqlı tərəflərlə əməkdaşlıq qurmaq bacarığı
Dəqiqlik, məsuliyyətlilik və detallara diqqət
Microsoft Excel, Word və PowerPoint proqramlarından yaxşı səviyyədə istifadə bacarığı
Üstünlük hesab olunur
Business Analysis sahəsində təcrübə
Data Steward və ya Data Governance sahəsində biliklər
Business Glossary, Data Catalog və ya Metadata layihələrində iştirak
Məlumat keyfiyyəti üzrə fəaliyyət təcrübəsi
Süni intellekt, chatbot və ya bilik bazası layihələrində iştirak
SQL üzrə baza səviyyəsində biliklər
Data Governance və Metadata Management üzrə təlimlərdə iştirak
DAMA DMBOK, CDMP və ya digər məlumat idarəetməsi üzrə sertifikatlar