
Bu gün
14
• Qaynaq birləşmələri, metal konstruksiyalar, qarmaqlar, traverslər, oxlar və digər ferromaqnit detallar üzrə MT/MPI yoxlamaları aparmaq;
• Səthi hazırlamaq, maqnitləndirmə istiqamətini və uyğun nəzarət texnikasını seçmək, görünən və flüoresan üsulları tətbiq etmək;
• Yoke, UV-A lampa, işıqölçən, maqnit sahəsi indikatoru və digər MPI vasitələri ilə işləmək, onların funksional və kalibrasiya statusunu yoxlamaq;
• Aşkar edilən indikasiyaları təsdiqlənmiş prosedur və qəbul meyarlarına əsasən qiymətləndirmək;
• Kran, tal, telfer, bucurqad, qaldırıcı platforma, forklift və digər qaldırıcı avadanlıqların statik və dinamik yük sınaqlarını aparmaq;
• Load-cell, dinamometr, sertifikatlaşdırılmış sınaq çəkiləri və su yük kisələri ilə təhlükəsiz işləmək;
• Sınaqdan əvvəl avadanlığın sənədlərini, WLL/SWL göstəricisini, sınaq yükünü, təhlükəsizlik qurğularını və ölçmə vasitələrinin kalibrasiyasını yoxlamaq;
• Sınaq zamanı əyləc, idarəetmə, limit açarları, sabitlik, deformasiya və yük altında işləmə göstəricilərini müşahidə etmək;
• MPI protokolu, yük sınağı aktı, uyğunsuzluq hesabatı və fotoşəkilli yekun texniki hesabat hazırlamaq.
• Texniki peşə, orta ixtisas və ya ali texniki təhsil;
• ISO 9712 üzrə qüvvədə olan MT Level II sertifikatı və ya sənədlə təsdiqlənən, yoxlanıla bilən ekvivalent kvalifikasiya;
• MT/MPI üzrə minimum 2 il praktiki iş təcrübəsi;
• Qaldırıcı avadanlıqların statik və dinamik yük sınaqlarının praktiki icrası üzrə təcrübə;
• Qaldırıcı qurğuların iş prinsipləri, təhlükəsizlik sistemləri və sınaq ardıcıllığı barədə bilik;
• Texniki çertyojları, avadanlıq pasportlarını, sınaq prosedurlarını və qəbul meyarlarını oxuma bacarığı;
• Kalibrasiya, metroloji izlənəbilənlik və ölçmə nəticələrinin düzgün qeydiyyatı barədə anlayış;
• Azərbaycan dilində texniki akt və hesabat hazırlamaq, MS Word və Excel proqramlarında işləmək bacarığı;
• HSE, PTW və risklərin qiymətləndirilməsi qaydalarına ciddi riayət etmək;
• Ezamiyyətlərə və istehsalat sahələrində işləməyə hazır olmaq.
• VT, PT və ya UT Level II kvalifikasiyası;
• Lifting Equipment Inspector, Competent Person və ya Lifting Supervisor hazırlığı;
• ISO 9934, ASTM E709, ASTM E1444/E1444M və ASME BPVC Section V, Article 7 tələbləri ilə iş təcrübəsi;
• PTW, LOTO, risklərin qiymətləndirilməsi və hündürlükdə iş üzrə təlimlər;
• İngilis və ya rus dilində texniki sənədləri oxuma və yazma bacarığı.
• Sürücülük vəsiqəsi.
Son tarix
October 1, 2026
Paylaşılıb
sentyabr 1, 2026
Vakansiya növü
Tam ştat
Təcrübə
1 ilədək
Vəzifə dərəcəsi
Digər
Təhsil
Bakalavr