Xidməti ərazilər üzrə radiorabitə, televiziya, radioyayım və digər radioşəbəkələr üzrə planlı və operativ radionəzarət tədbirlərini həyata keçirmək;
Radiotezliklərin elektromaqnit uzlaşmasını qiymətləndirmək, efir məkanında küy səviyyəsini ölçmək və müvafiq texniki təhlillər aparmaq;
Xidməti ərazilər üzrə fəaliyyət göstərən radiomonitorinq stansiyalarının fasiləsiz və dayanıqlı fəaliyyətini təmin etmək, profilaktik texniki baxışlar keçirmək və nasazlıqların aradan qaldırılmasını təşkil etmək;
Stasionar və səyyar radiomonitorinq vasitəsilə icazəsiz radiotezlik istifadəsini və kənar yayımları müəyyən etmək;
Radioelektron vasitələrin (REV) texniki vəziyyətini və istismarının müvafiq icazə şərtlərinə uyğunluğunu yoxlamaq;
Texniki baxış aktlarını hazırlamaq, aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılmasına nəzarət etmək, REV-lərin möhürlənməsi və möhürlərinin açılması işlərini yerinə yetirmək;
İcazəsiz istismar olunan REV-ləri aşkar etmək, onların uçotunu aparmaq və qeydiyyat məlumatlarının yenilənməsini təmin etmək;
Radiomaneə mənbələrini müəyyənləşdirmək, müvafiq ölçmələr aparmaq və maneələrin aradan qaldırılması üçün tədbirlər görmək;
Ölçmə və yoxlama nəticələri üzrə aktlar, arayışlar və hesabatlar hazırlamaq, daxil olan müraciət və sorğulara səlahiyyətləri çərçivəsində baxmaq;
Təhkim olunmuş avadanlıqların və ölçü cihazlarının sazlığını və mühafizəsini təmin etmək, əməyin mühafizəsi, yanğın və texniki təhlükəsizlik qaydalarına tam riayət etmək.
Tələblər
Telekommunikasiya, radiotexnika, elektrik və elektronika mühəndisliyi və ya əlaqəli texniki ixtisas üzrə ali təhsil;
Radiotexnika, telekommunikasiya, şəbəkə inzibatçılığı və ya radiomonitorinq sahəsində minimum 2 il iş təcrübəsi;
Radiotezliklər, radioelektron avadanlıqlar və ölçmə prosesləri üzrə biliklər;
Texniki nasazlıqları müəyyənləşdirmək, təhlil etmək və aradan qaldırmaq bacarığı;
Ölçmə nəticələrini təhlil etmək, sistemləşdirmək, akt və hesabatlar hazırlamaq bacarığı;
Microsoft Office proqramlarından sərbəst istifadə bacarığı;
“B” kateqoriyalı sürücülük vəsiqəsi;
Analitik və sistemli düşünmə;
Məsuliyyətlilik, dəqiqlik və detallara diqqət;
Operativ qərarvermə və problem həll etmə bacarığı;
Nəticəyönümlülük və iş proseslərini səmərəli təşkil etmək bacarığı.