Beynəlxalq Logistika əməliyyatlarının yerinə yetirilməsi və logistika sahəsində xarici əlaqələrin təşkili;
Daxil olan və göndərilən yüklərin, sənədlərin qəbulu, daşınması, yerləşdirilməsi, saxlanılması, təyin olunmuş yerlərə yola salınması və vaxtında çatdırılmasına nəzarət;
Ekspeditorlarla əlaqə, göndərən haqqında məlumatların ötürülməsi, yükləmə tarixinə uyğunluğun monitorinqi, nəqliyyat vasitələrinin yerləşməsi üçün sorğu.yaradılması
Daşınma xərci, sığorta və gömrük rüsumları barədə məlumatların müəyyən olunması və ödənişlərin vaxtında icrasına nəzarət;
İdxal-ixrac, tranzit və daxili daşınma ilə əlaqədar olan hesabatları hazırlamaq və prosesə nəzarət etmək;
Nəqliyyat və gömrük sənədləri ilə bağlı bütün zəruri icazələrin hazırlanması;
Gömrük rəsmiləşdirilməsi üzrə sənədlər hazırlanması, vaxtında təqdim edilməsi (müqavilə, hesab-faktura, qiymət kağızı, texniki təsvir və s.) üçün müraciətin edilməsi və gömrük sistemində bəyannamələrin hərəkətinə nəzarət
Malların daxil olma cədvəli və onların dəyəri barədə maliyyə menecerinə hesabat vermək;
Yeni ekspeditorlarla müqavilələrin bağlanması.
Yeni tərəfdaşların axtarışı
Uyğunluq sertifikatlarının alınması üçün sənədlərin hazırlanması və göndərilməsi.
Sığorta şirkətlərinin tələb etdiyi sənədlərin dövlət orqanlarından tələb edilməsi;
Rəhbərliyin tələbi ilə həftəlik və aylıq hesabatların göndərilməsi
Tələblər
Namizədə dair tələblər:
Ali təhsil
Sahə üzrə minimum 5 il iş təcrübəsi;
Azərbaycan, İngilis və Rus dillərini bilməsi;
Daxili və xarici daşımalar üzrə biliklər;
Gömrük bəyannaməsi haqqında minimum biliklər;
İdxal-ixrac əməliyyatlarında sənəd dövriyyəsi üzrə biliklər.