Embawood MMC

Hüquqşünas

Dünən

195

Təsvir

  • Dövlət nəzarət orqanlarında, məhkəmələrdə və hüquqi və fiziki şəxslər qarşısında Şirkəti təmsil etmək; 
  • Dövlət və kommersiya qurumlarına ünvanlanacaq məktub, ərizə və şikayətlərin hazırlanması və Şirkətə daxil olan məktub, ərizə və şikayətlərə cavabların hazırlanması və aidiyyəti üzrə göndərilməsinin təşkili; 
  • Müxtəlif hüquqi məsələlərə dair rəylərin, etibarnamələrin və digər sənədlərin hazırlanması, yazılı və şifahi məsləhətlərin verilməsi, 
  • Müxtəlif növ icazə sənədlərinin alınması üçün məktub, ərizə, arayış və digər sənədlərin hazırlanmasını təmin etmək;
  • Müxtəlif növ müqavilələrin (alğı-satqı, podrat, icarə, xidmət və s.) hazırlanması, müqavilələrin qanunvericiliyə və Şirkətin maraqlarına və mənafeyinə uyğunluğunun yoxlanılması, müqavilələrə zəruri olan əlavə və dəyişikliklərin edilməsi və kontragentlərlə razılaşdırılması (danışıqların aparılması); 
  • Müqavilə işinin aprılmasını təhlil etmək, struktur bölmələrdə müqavilə işinin vəziyyətini yoxlamaq, ayrı-ayrı müqavilə növlərinin notariat qaydasında təsdiqlənməsini və (və ya) dövlət qeydiyyatına alınmasını təmin etmək;
  • İcra və probasiya orqanlarından daxil olmuş icra məktublarını, sənədlərini hüquqi analiz etmək və aidiyyəti üzrə sruktur bölməyə təhvil vermək;
  • Məhkəmə işləri üzrə icra işlərini təqib etmək və nəzarətdə saxlamaq;
  • Kontragentlərə və digər borclulara qarşı pretenziyaların və iddiaların hazırlanması, həmçinin apellyasiya və kassasiya şikayətlərinin tərtib edilməsi, iddiaya qarşı yazılı etirazların verilməsi və aidiyyəti üzrə göndərilməsini həyata keçirmək;
  • Müvafiq dövlət orqanlarında inzibati xəta haqqında işlərə baxılmasında iştirak etmək, qərarlardan şikayət vermək;
  • Şirkətin struktur bölmələrini, ayrı-ayrı mütəxəssislərini onların fəaliyyətinə aid normativ aktlarda baş vermiş dəyişikliklərlə tanış etmək və məlumatlandırmaq;
  • Şirkətə aidiyyəti olan törəmə şirkətlərin və  xarici hüquqi şəxslərin hüquqi işlərini koordinə etmək.
  • Zərurət olduğu təqdirdə ezamiyyətdə olmaq və hərraclarda iştirak etmək;
  • Rəhbərliyin digər tapşırıqlarını yerinə yetirmək.


Tələblər

  • Ali Hüquq təhsili olmalı;
  • Hüquq sahəsində ən azı 3 il iş təcrübəsi
  • Rus dilini yüksək səviyyədə bilmək;

Vakansiya haqqında

Son tarix

noyabr 30, 2024

Paylaşılıb

oktyabr 21, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Hüquq