Expressbank ASC
Ana səhifə
/
/
/
Əməliyyat risklərinin təhlili şöbəsi - mütəxəssis/aparıcı mütəxəssis

Əməliyyat risklərinin təhlili şöbəsi - mütəxəssis/aparıcı mütəxəssis

Bu gün

72

Təsvir

  • Risklərin idarə edilməsi və nəzarət proseslərinə koordinasiya və kommunikasiyanın təşkilinə dəstək verilməsi;
  • İnsidentlərin idarə edilməsi prosesində müvafiq struktur bölmələrdən məlumat və sənədlərin toplanması, analitik təhlil və səbəblərinin araşdırılması;
  • Risklərin müəyyənləşdirilməsi, qeydiyyatının aparılması, qiymətləndirilməsi və minimallaşdırılmasının həyata keçirilməsi;
  • Yaradılan yeni məhsul, biznes proses, layihələrin risk əsaslı təhlilində, qiymətləndirilməsində iştirak;
  • Bankda tərtib edilən yeni normativ sənədlərə, həmçinin mövcud normativ sənədlərə edilən dəyişikliklərə riskin müəyyən olunması və qarşısının alınmasına dair rəy verilməsi prosesində iştirak;
  • Riskə nəzarət və özünü qiymətləndirmə (RCSA) alətindən istifadə;
  • Bankın struktur bölmələrinin işçilərinin risk mədəniyyətinin formalaşdırılması məqsədi ilə əməliyyat risklərinin idarə edilməsi üzrə bankdaxili təlimlərin və təqdimatların keçirilməsində iştirak;
  • Əməliyyat risklərinin idarə edilməsi prosesində risk indikatorlarına dair məlumatların toplanması, təhlillərin həyata keçirilməsi və lazımi hesabatların tərtib olunması üzrə təkliflər verməklə hesabatlığın aparılması.

Tələblər

  • Ali təhsil (İqtisadi, maliyyə və ya riyazi sahə üzrə ixtisas);
  • Bank və ya anoloji sektorunda 3 il iş təcrübəsi (Pərakəndə və korporativ məhsullar üzrə, komplayns, korporativ hüquq və ya audit sahəsində iş təcrübəsi üstünlük təşkil edir);
  • Azərbaycan dili səlis, rus və ingilis dili arzuolunandır;
  • MS Ofis proqramları ilə işləmə bacarığı (SQL bilikləri arzuolunandır);
  • Bank qanunvericiliyi, banklarda risklərin idarə olunması haqqında qaydalar, AR MB-nin digər normativ aktları üzrə biliklər;
  • Risklərin idarə edilməsinə dair beynəlxalq sertifikatların olması arzuolunandır;
  • Analitik düşünmə və çevik qərarvermə qabiliyyəti;
  • Məsuliyyətlilik və dəqiqlik;
  • Kommunikasiya bacarıqları.

Vakansiya haqqında

Son tarix

December 23, 2025

Paylaşılıb

noyabr 24, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

3-4 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə

İmtiyazlar

  • Tibbi sığorta paketi
  • Bilik və bacarıqların təkmilləşdirilməsi üzrə təlimlər;
  • professional və maddi inkişaf perspektivləri;
  • Peşəkar komanda ilə işləmək fürsəti;
  • Həyat Yığım sığortasından istifadə etmək imkanı;