Strateji qərarların verilməsi üçün analitik təhlillərin aparılması;
Satış, risk, məhsul və İT komandaları ilə sıx əməkdaşlıq edərək tələbləri başa düşüb həmin tələblərə cavab verən analitik həllərin hazırlanması;
Cari müştərinin saxlanılması üçün əldə olunan gəlir, istifadə və göstəricilər baxımından hər bir kampaniyanın rentabelliyinin (ROI) izlənilməsi və qiymətləndirilməsi üzrə müvafiq təklif və hesabatların hazırlanması;
Müxtəlif mənbələrdən məlumatların toplanması, sistemləşdirilməsi və təhlili vasitəsilə bank xidmətləri üzrə trendlərin, müştəri davranışlarının və bazar ehtiyaclarının müəyyənləşdirilməsi;
Mövcud sistemlərin və proseslərin təkmilləşdirilməsi, həmçinin müsbət dəyişikliklərin sonadək tətbiqinə dair rəyin verilməsi;
Kompleks biznes-müştəri problemlərinin həll edilməsi üçün məlumatların təhlili nəticəsində proqnozların və tövsiyələrin formalaşdırılması;
Maliyyə sektoru və bankçılıq bazarı üzrə bazar araşdırmalarının aparılması, rəqib analizi və müştəri ehtiyaclarının öyrənilməsi;
Statistik üsullardan və vizuallaşdırma alətlərindən istifadə etməklə analitik hesabatların, interaktiv dashboardların və təqdimatların hazırlanması;
Məlumatların dəqiqliyini təmin etmək məqsədilə uyğunsuzluqların aşkarlanması və aradan qaldırılması;
Müştərilərin və biznes mühitini təhlil etməklə məhsullar üzrə təkliflərin araşdırılması;
Tələblərə əsasən xüsusi layihələr və ad-hoc analizlərin icrasında iştirak;
Vəzifə öhdəlikləri çərçivəsində görülən işlər barəsində şöbə rəhbərinə həftəlik və aylıq hesabatın verilməsi.
Tələblər
Tələblər
Biznesin idarə edilməsi, kompüter elmləri və ya iqtisadi yönümlü ali təhsil dərəcəsi;
Bank və ya rəqəmsal məhsullar üzrə təcrübəsi olanlara üstünlük veriləcəkdir;
SQL, Python, R və ya oxşar təhlil alətləri üzrə bacarıq;
Statistik metodlar və məhsulların modelləşdirilməsi haqqında biliklər;
Bazar araşdırması metodologiyası və analitik təhlil bacarığı;
Tableau, Power BI və ya QlikView kimi məlumatların vizuallaşdırılması biliyi mütləqdir;
Ünsiyyət və təqdimat bacarıqları;
Azərbaycan dili (mükəmməl yazılı və şifahi nitq qabiliyyəti), İngilis və Rus dili biliyi arzuolunandır;
MS Office (Outlook, Word, Excel, Power Point) proqramları ilə işləmək bacarığı.
Vakansiya haqqında
Son tarix
July 9, 2025
Paylaşılıb
may 30, 2025
Vakansiya növü
Tam ştat
Təcrübə
1-2 il
Vəzifə dərəcəsi
Mütəxəssis
Təhsil
Bakalavr
Kateqoriya
Kütləvi İnformasiya vasitələri və İctimaiyyətlə Əlaqələr
İmtiyazlar
Bizim üstünlüklərimiz: Tibbi sığorta; Bilik və bacarıqlarının təkmilləşdirilməsi üzrə təlimlər; Professional və maddi inkişaf perspektivləri; Peşəkar korporativ mühitdə işləmək imkanı.