Risklərin idarə edilməsi və nəzarət proseslərinə koordinasiya və kommunikasiyanın təşkilinə dəstək verilməsi;
İnsidentlərin idarə edilməsi prosesində müvafiq struktur bölmələrdən məlumat və sənədlərin toplanması, analitik təhlil və səbəblərinin araşdırılması;
Risklərin müəyyənləşdirilməsi, qeydiyyatının aparılması, qiymətləndirilməsi və minimallaşdırılmasının həyata keçirilməsi;
Yaradılan yeni məhsul, biznes proses, layihələrin risk əsaslı təhlilində, qiymətləndirilməsində iştirak;
Bankda tərtib edilən yeni normativ sənədlərə, həmçinin mövcud normativ sənədlərə edilən dəyişikliklərə riskin müəyyən olunması və qarşısının alınmasına dair rəy verilməsi prosesində iştirak;
Riskə nəzarət və özünü qiymətləndirmə (RCSA) alətindən istifadə;
Bankın struktur bölmələrinin işçilərinin risk mədəniyyətinin formalaşdırılması məqsədi ilə əməliyyat risklərinin idarə edilməsi üzrə bankdaxili təlimlərin və təqdimatların keçirilməsində iştirak;
Əməliyyat risklərinin idarə edilməsi prosesində risk indikatorlarına dair məlumatların toplanması, təhlillərin həyata keçirilməsi və lazımi hesabatların tərtib olunması üzrə təkliflər verməklə hesabatlığın aparılması.
Tələblər
Ali təhsil (İqtisadi, maliyyə və ya riyazi sahə üzrə ixtisas);
Analoji sahə üzrə 1 il iş təcrübəsi;
Azərbaycan dili səlis, rus və ingilis dili arzuolunandır;
MS Ofis proqramları ilə işləmə bacarığı (SQL bilikləri arzuolunandır);
Bank qanunvericiliyi, banklarda risklərin idarə olunması haqqında qaydalar, AR MB-nin digər normativ aktları üzrə biliklər;
Risklərin idarə edilməsinə dair beynəlxalq sertifikatların olması arzuolunandır;
Analitik düşünmə və çevik qərarvermə qabiliyyəti;
Məsuliyyətlilik və dəqiqlik;
Kommunikasiya bacarıqları.
Vakansiya haqqında
Son tarix
November 14, 2026
Paylaşılıb
oktyabr 15, 2026
Vakansiya növü
Tam ştat
Təcrübə
1-2 il
Vəzifə dərəcəsi
Mütəxəssis
Kateqoriya
Maliyyə, Biznes və idarəetmə
İmtiyazlar
Tibbi sığorta paketi;
Bilik və bacarıqların təkmilləşdirilməsi üzrə təlimlər;