Ferrum Kapital
Ana səhifə
/
/
/
Junior Java Backend Developer

Junior Java Backend Developer

Bu gün

19

Təsvir

Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital Junior Java Backend Developer vakansiyası elan edir.


Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.

Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.

Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.


Vəzifə öhdəlikləri:


  • Java Core (OOP, Collections, Exception Handling, Multithreading əsasları, Streams/Lambda) bilikləri;
  • Spring Framework / Spring Boot (Spring MVC, Spring Data JPA, Spring Security əsasları) təcrübəsi;
  • Məlumat bazaları ilə (PostgreSQL, MySQL və ya Oracle) işləmə və SQL bilikləri;
  • Git versiya idarəetmə sistemi ilə sərbəst işləmək bacarığı;
  • Maven və ya Gradle layihə yığma alətləri ilə tanışlıq;
  • Docker əsasları və mikroservis arxitekturası barədə ilkin anlayış;
  • REST prinsipləri, JSON formatı və HTTP status kodları ilə işləmə təcrübəsi.



Tələblər

  • Komandanın rəhbərliyi altında yeni funksionallıqların (feature) hazırlanması və mövcud servislərin optimizasiyası;
  • RESTful API endpoint-lərinin yazılması və sənədləşdirilməsi;
  • Verilənlər bazası strukturları ilə işləmək, zəruri SQL sorğularını və ORM modellərini qurmaq;
  • Yazılan kodlar üçün Unit və Integration testlərinin tərtib edilməsi.

Vakansiya haqqında

Son tarix

September 24, 2026

Paylaşılıb

avqust 25, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Supervayzer

Təhsil

Bakalavr

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik