Ferrum Kapital
Ana səhifə
/
/
/
Məhkəmələrlə iş üzrə kiçik hüquqşünas

Məhkəmələrlə iş üzrə kiçik hüquqşünas

  • Ferrum Kapital
  • 37 Şah İsmayıl Xətai prospekti, Bakı, Azərbaycan
  • Tam ştat

Bu gün

59

Təsvir

Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC Məhkəmələrlə iş üzrə kiçik hüquqşünas vakansiyasını elan edir.

Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.


Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.


Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.


Tələblər

Hansı özəlliklərə malik olmalıdır?

·       Hüquq ixtisası üzrə ali təhsil;

·       Azərbaycan Respublikasının mülki və mülki prosessual qanunvericiliyi üzrə biliklər;

·       İddia ərizələri və digər hüquqi sənədləri hazırlamaq bacarığı;

·       Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı;

·       Hüquqi təhlil aparmaq, əsaslandırılmış mövqe formalaşdırmaq və fikirlərini aydın təqdim etmək bacarığı;

·       MS Office proqramlarından istifadə bacarığı;

·       Diqqətlilik, məsuliyyətlilik və müəyyən edilmiş müddətlərə riayət etmək bacarığı;

·       Effektiv ünsiyyət və komanda ilə əməkdaşlıq bacarığı.


Məhkəmələrlə iş üzrə kiçik hüquqşünas nə iş görür?


·       Şirkətin məhkəməyə müraciətləri üzrə iddia ərizələrinin və digər prosessual sənədlərin hazırlanmasını, aidiyyəti məhkəmələrə təqdim edilməsini təmin etmək;

·       Verilmiş səlahiyyətlər çərçivəsində şirkəti məhkəmələrdə təmsil etmək və hüquqi mövqeyini müdafiə etmək;

·       Məhkəmə işləri üzrə zəruri sənəd və sübutları toplamaq, təhlil etmək və sistemləşdirmək;

·       Məhkəmə işlərinin gedişatını, iclas tarixlərini və prosessual müddətləri izləmək;

·       Məhkəmə qərarlarını və digər prosessual sənədləri təhlil etmək, nəticələr barədə aidiyyəti şəxsləri məlumatlandırmaq;

·       Məhkəmə işləri üzrə məlumat bazasını formalaşdırmaq və mütəmadi yeniləmək;

·       İcraatda olan işlərin statusu və nəticələri barədə dövri hesabatlar hazırlamaq.


Əlavə məlumat


  • 5 günlük iş qrafiki: 09:00 – 18:00
  • Əmək haqqı: 400 AZN + Bonus

Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Məhkəmələrlə iş üzrə kiçik hüquqşünas” qeyd etməklə [email protected] e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Vakansiya haqqında

Son tarix

November 7, 2026

Paylaşılıb

oktyabr 8, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Hüquq