Ferrum Kapital
Ana səhifə
/
/
/
Mühasib (Təcrübəçi)

Mühasib (Təcrübəçi)

Bu gün

425

Təsvir

Mühasib (Təcrübəçi)


Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Kapital Mühasib (Təcrübəçi) vakansiyasını elan edir.


Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.


Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.


Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.


Tələblər

Hansı özəlliklərə malik olmalıdır?


·      Maliyyə, mühasibat uçotu və ya audit sahəsində təhsil almış yeni məzunlar və ya magistratura pilləsinin tələbəsi olmalı

·      Əla səviyyədə Azərbaycan dili

·      1C proqramından istifadə bacarığı arzuolunandır

·      MS Office proqramları üzrə biliklər (xüsusilə Excel)

·      Yaxşı səviyyədə riyazi biliklər və analitik qabiliyyət

·      Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı


Mühasib (Təcrübəçi) nə işlər görür?

·      Gündəlik və aylıq hesabatların tərtib edilməsi

·      Online kargüzarlıqla bağlı əməliyyatların icra edilməsi

  • Mühasibat sənədlərinin düzgünlüyünün yoxlanılması, saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini həyata keçirilməsi
  • Bank vasitəsilə ödənişlərin icra edilməsi

·      Excel proqramında funksiyalar və cədvəllər vasitəsilə analizlərin aparılması


Əlavə məlumat

·      5 günlük iş qrafiki: 09:00 – 18:00

·      Əmək haqqı: Gross 400 AZN


Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Mühasib (Təcrübəçi)” qeyd etməklə [email protected] e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Vakansiya haqqında

Son tarix

December 2, 2026

Paylaşılıb

noyabr 2, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə