Ferrum Kapital
Ana səhifə
/
/
/
Personal Assistant (AI istiqamətli)

Personal Assistant (AI istiqamətli)

Bu gün

28

Təsvir

Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC Personal Assistant (AI istiqamətli) vakansiyası elan edir.

Bu vəzifə ənənəvi assistentlik funksiyalarından daha genişdir. Namizədin əsas missiyası rəhbərin iş proseslərini optimallaşdırmaq, qərarvermə üçün keyfiyyətli məlumat və analitik materiallar hazırlamaq, yeni imkanları müəyyənləşdirmək və süni intellekt texnologiyalarından istifadə etməklə məhsuldarlığı artırmaqdır.

Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.

Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.

Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.


Hansı özəlliklərə malik olmalıdır?

  • Personal Assistant və ya oxşar sahədə təcrübə (üstünlükdür)
  • Müxtəlif mövzular üzrə dərin və sistemli araşdırmalar aparmaq, etibarlı mənbələri müəyyənləşdirmək və məlumatların doğruluğunu yoxlamaq bacarığı

  • Süni intellekt alətləri ilə işləmə bacarığı
  • AI agent, automation və ya no-code/low-code platformalar haqqında ilkin anlayış
  • Task və project idarəetmə platformalarında işləmə bacarığı
  • Analitik düşüncə və problem həll etmə bacarığı
  • Araşdırmaların nəticələrini strukturlaşdırılmış hesabatlar, qısa analitik qeydlər və təqdimatlar şəklində təqdim etmək
  • Məxfi məlumatlarla məsuliyyətli davranmaq və yüksək etibarlılıq nümayiş etdirmək


Tələblər

Personal Assistant (AI istiqamətli) nə iş görür?

  • Rəhbərin gündəlik planlaması və təşkilati işlərin idarə olunması
  • E-mail, görüş və kommunikasiya proseslərinin koordinasiyası
  • Süni intellekt alətlərindən (ChatGPT, automation tools və s.) istifadə edərək işlərin optimallaşdırılması
  • Sadə AI agentlərin qurulması və idarə olunması (workflow automation, task automation)
  • Notion, Google Workspace, Trello və oxşar platformalarda sistemlərin qurulması
  • Məlumatların toplanması, analiz edilməsi və hesabatların hazırlanması
  • Rəqəmsal proseslərin avtomatlaşdırılması üçün ideya və həllərin təklif edilməsi


Üstünlük sayılır

  • Zapier, Make (Integromat), n8n kimi automation alətləri ilə təcrübə
  • AI agent və prompt engineering bilikləri


Əlavə məlumat

  • 5 günlük iş qrafiki: 10:00 – 19:00


Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Personal Assistant (AI istiqamətli)” qeyd etməklə [email protected] e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Vakansiya haqqında

Son tarix

November 21, 2026

Paylaşılıb

oktyabr 22, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər