Ferrum Kapital

Sürücü

Bu gün

329

Təsvir

Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC İnzibati idarəetmə bölməsində sürücü vakansiyasını elan edir.

Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.


Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.


Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.


Tələblər

Hansı özəlliklərə malik olmalıdır?


·      23-40 yaş aralığı

·      Şəxsi avtomobilə malik olmalı

·      Şəhəri yaxşı tanımalı

·      Nizam-intizamlı, məsuliyyətli olmalı

·      Etik davranış və yol hərəkəti qaydalarına riayət etməli


Sürücü nə iş görür?

  • Şirkət əməkdaşlarının təyin olunmuş ünvanlara çatdırılması
  • Xidməti tapşırığı yerinə yetirmək üçün rayonlara ezama gedilməsi
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirilməsi


Əlavə məlumat


  • 5 günlük iş qrafiki
  • Əmək haqqı: 800 AZN
  • Digər xərclər şirkət tərəfindən qarşılanacaq


Qeyd: Xətai rayonu ərazisinə yaxın yaşayan namizədlərə üstünlük veriləcək.



Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Sürücü” qeyd etməklə [email protected] e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Vakansiya haqqında

Son tarix

December 6, 2026

Paylaşılıb

noyabr 6, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər