FINCA Azerbaijan
Ana səhifə
/
/
/
Daxili nəzarət üzrə İşçi

Daxili nəzarət üzrə İşçi

  • FINCA Azerbaijan
  • 44 Cəfər Cabbarlı küçəsi, Bakı 1065, Azərbaycan
  • Tam ştat

24-04-2024

858

Bağlanılıb

Təsvir

FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Baş Ofis üzrə Daxili Nəzarət üzrə İşçi (İnternal Control Officer) vəzifəsini elan edir.


Əsas vəzifə öhdəlikləri hansılardır?

  • Baş ofisdə və bütün filiallara baş verən biznes prosesləri müşahidə etmək və uyğunluq səviyyəsini müəyyən etmək üçün biznes proseslərin icrasını yoxlamaq:
  • Kredit dövrü ərzində bütün təlimatlarla birlikdə kredit təsdiqi və ödənişlərin yığılması prosesini yoxlamaq.
  • Müşahidə səfəri üzrə qərarlar barədə filial işçiləri və baş ofis işçiləri ilə cari müsahibələr aparmaq
  • Müştərilərin kredit prosesini və kredit şərtlərini düzgün başa düşüb-düşməməsini müəyyən etmək üçün müştəri ilə əlaqə saxlamaq.
  • Kreditvermə və yığım prosesində aidiyyəti işçilər tərəfindən aparılan danışıqları dinləmək və kreditvermə təlimatlarına, prosedurlarına əsasən uyğunsuzluğu müəyyən etmək.
  • Filialda baş verən prosesləri müşahidə etmək və yoxlamaq.
  • Məhsuldakı uyğunsuzluqları, çatışmazlıqları və riskləri müəyyən etmək və məhsulla bağlı tövsiyyələr vermək.
  •  Hesabatların vaxtında hazırlanması və Daxili Nəzarət Rəhbərinə təqdim edilməsi.
  • Kreditvermə və ödənişlərin yığılması prosesinin RCSA Qiymətləndirmədə qeyd olunmuş kontrol mexanizmlərini yoxlamaq:
  • Risk Sahibi tərəfindən kontrol mexanizmlərlə bağlı sübutlar istəmək və RCSA qeymətləndirmədə qeydlər aparmaq.
  • Kreditvermə təlimatında nəzərdə tutulmuş kredit sənədlərinin müştəri üzrə olub-olmamasını, səhv və ya düzgün şəkildə doldurulumasını yoxlamaq.
  • Ödəniş prosedurlarına uyğunluğun yoxlanılması: satışlar üzrə işçilər səviyyəsində və filial səviyyəsində:
  • Satış, Yığım Supervayzerlərinin öz öhdəliklərini adekvat qaydada icra etdiklərini təsdiqləmək
  •  Daxıli Nəzarət kiçik işçisi kreditvermə və yığım proseslərində müştəri və işçilər arasında aparılan danışıqların hesabat nəticəsi ilə bölmək
  • Daxıli nəzarət işçiləri tərəfindən aparılan təhlillər və erkən xəbərdarlıq hesabatlarında təsbit edilən müştərilərlə sorğu aparmaq və qeydlər aparmaq.
  • Ərazidəki kredit yoxlama üzrə işçi və ya proses icraçısı tərəfindən təqdim olunan məlumatı yoxlamaq
  • Müştərinin təsərrüfatı, biznesinin olmasını, yerləşdiyi yer, tərkibi və xərcləri haqqında səfər zamanı araşdırmalar etmək



Tələblər

Təhsil və Təcrübə:     

 

  • Bakalavr Dərəcəsi - Biznesin İdarə Edilməsi, Maliyyə, İqtisadiyyat və ya oxşar ixtisas
  • Mikromaliyyə müəssisəsi ya da Bank sektorunda daxili nəzarət,audit və ya oxşar sahədə 1 il iş təcrübəsi


Dil Bilikləri:

 

  • Azərbaycan dilini səlis bilmək tələb olunur.
  • İngilis dilini səlis bilmək üstünlükdür.

 

Kompüter Bilikləri:                                                  

 

  • MS Office (Word, Excel, Outlook



Bacarıqlar:         

·      Mühakimə və qərar qəbuletmə.

·      Tənqidi düşüncə və analitik bacarıq

·      İşçilərə dəstək göstərmək bacarığı

·      Şifahi və yazılı ünsiyyət

·      Güclü dinləmə qabiliyyəti

·      Komanda işi

·      Peşəkarlıq


Vakansiya haqqında

Son tarix

may 6, 2024

Paylaşılıb

aprel 24, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə

İmtiyazlar

  • Əmək Müqaviləsi və qanunvericilikdə nəzərdə tutulan vəzifə üzrə əsas məzuniyyət günlərinə əlavə şirkət tərəfindən təqdim olunan əlavə 2 məzuniyyət günü haqqı
  • Tibbi Sığorta (işçini əhatə edən)
  • Peşəkar beynəlxalq iş mühiti
  • Peşəkar İnkişaf imkanları – təlimlərdə iştirak, sertifikasiyalar
  • İş Qrafiki: Bazar Ertəsi – Cümə günləri, saat 09:00 - 18:00. Şənbə, Bazar günləri, dövlət bayramları və milli hüzn günləri qeyri-iş günləridir
  • Push30