“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı "Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndis" vəzifəsini elan edir.
Vəzifənin əsas öhdəlikləri hansılardır?
- İşçilər üçün sağlam və təhlükəsiz iş mühitinin yerli qanunvericilik və beynəlxalq standartlara uyğun şəkildə təmin olunmasını nəzarətdə saxlamaq və təmin etmək.
- Əmək Məcəlləsi, "Əməyin mühafizəsi haqqında" Qanun və digər normativ sənədlərə uyğun prosedurların hazırlanması və tətbiqinə nəzarət.
- SƏTƏM risklərinin dəyərləndirilməsi, risklərin azaldılması və profilaktik tədbirlərin həyata keçirilməsi.
- Təşkilatın bütün struktur bölmələrində iş yerlərinə baxışların təşkili və protokollaşdırılması.
- Fövqəladə hallara hazırlıq planlarının hazırlanması və ən azı ildə bir dəfə təlimlərin təşkili.
- Yeni işçilər üçün işə qəbul dövründə SƏTƏM üzrə oriyentasiya və təlim sessiyalarının keçirilməsi, həmçinin bütün əməkdaşlar üçün mütəmadi və ehtiyacdan asılı olaraq əlavə təlimlər təşkil edilməsi.
- İstehsalat qəzaları və peşə xəstəlikləri ilə bağlı halların araşdırılması, müvafiq hesabatların hazırlanması və düzəldici və qarşısının alınmasına yönəlik tədbirlər planının tərtib edilməsi.
- Ətraf mühitin mühafizəsi sahəsində təşkilatın təşəbbüslərinin koordinasiyası və davamlılıq layihələrinin dəstəklənməsi.
- SƏTƏM üzrə illik planların hazırlanması və icrasına nəzarət.
- Rəhbərliyə dövri hesabatların təqdim olunması (aylıq, rüblük, illik).
- Daxili və xarici auditlər zamanı SƏTƏM üzrə tələblərin təmin olunması.
- Təşkilatda tətbiq olunan tikinti, təmir və texniki proseslər zamanı təhlükəsizlik tələblərinin icrasına nəzarət.
- Əməyin mühafizəsi və təhlükəsizliyi ilə bağlı bütün məsələlər üzrə dövlət orqanları ilə əsas əlaqələndirici şəxs qismində çıxış etmək və rəsmi sorğulara, yoxlamalara və məlumat tələblərinə vaxtında və dəqiq cavabların verilməsini təmin etmək