FINCA Azerbaijan
Ana səhifə
/
/
/
Hüquqşünas köməkçisi

Hüquqşünas köməkçisi

  • FINCA Azerbaijan
  • 44 Cəfər Cabbarlı küçəsi, Bakı 1065, Azərbaycan
  • Tam ştat

18-07-2024

1.6K

Bağlanılıb

Təsvir

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Baş Ofis üçün Hüquqşünas Köməkçisi vəzifəsinə işçi axtarışı elan edir.


Əsas vəzifə öhdəlikləri:


  • İcraatda olan işlərin statuslarının nəzarətdə saxlanılması və hüquqşünasa günlük, həftəlik və aylıq hesabatın göndərilməsi;
  • Yeni işlərin icraatda olan işlərin sisteminə daxil edilməsi;
  • İcraatda olan işlərin statuslarının gündəlik nəzərdən keçirilməsi və yenilənməsi;
  • İcraatda olan işlərin statusları, məhkəmə iclasları, qəbul edilmiş qərarlar və sair ilə bağlı məhkəmələrlə əlaqə saxlanılması və sorğuların qeydiyyatının aparılması;
  • İcraatda olan işlərin və sənədlərin elektron və fiziki qeydiyyatının aparılması;
  • Birbaşa Rəhbəri tərəfindən müəyyən edilmiş digər öhdəlikləri icra edir. 


Tələblər

Tələblər:


  • Ali təhsil;
  • İş təcrübəsi tələb edilmir (könüllü təcrübənin olması üstünlükdür);
  • Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyətinə malik olmaq;
  • Rus və ya İngilis dilində yaxşı danışıq və yazı qabiliyyətinə malik olmaq;
  • Zərurət olarsa Regionlara səfər etmək imkanına malik olmaq;
  • MS Office proqramlarını yaxşı bilmək;
  • Üzərinə məsuliyyət götürmək, müstəqil və komanda daxilində işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri.


Vakansiya haqqında

Son tarix

iyul 31, 2024

Paylaşılıb

iyul 18, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə

İmtiyazlar

  • Tibbi Sığorta (işçini əhatə edən)
  • Push30
  • Həyat Yığım sığortasından istifadə etmək imkanı
  • İş Qrafiki: Bazar Ertəsi – Cümə günləri, saat 09:00 - 18:00. Şənbə, Bazar günləri, dövlət bayramları və milli hüzn günləri qeyri-iş günləridir
  • Peşəkar beynəlxalq iş mühiti
  • Peşəkar İnkişaf imkanları – təlimlərdə iştirak, sertifikasiyalar