FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı İnsan Resursları üzrə Kiçik Mütəxəssis (Öyrənmə və inkişaf üzrə) vəzifəsinə vakansiya elan edir.
Əsas vəzifə öhdəliklərinə aşağıdakılar daxildir, lakin bununla məhdudlaşmır:
- Müxtəlif işçi qrupları üçün təlim sessiyalarının hazırlanmasına və keçirilməsinə dəstək göstərmək
- Təlim cədvəllərini və dəvətləri vaxtında kommunikasiya etmək
- Təlim materiallarının və öyrənmə resurslarının hazırlanması, yenilənməsi və əldə olunmasına kömək etmək
- Zərurət olduqda xarici təlim proqramları üçün təchizatçılarla (vendorlarla) koordinasiyaya dəstək vermək
- Təlim proqramlarının təşkilati dəyişiklikləri və biznes ehtiyaclarını əks etdirməsini təmin etməyə kömək etmək
- Daxili təlim məzmununun hazırlanmasında mövzu üzrə mütəxəssislərə dəstək olmaq
- Təlim məkanlarını hazırlamaq və tələb olunan alətlərin və texniki avadanlıqların mövcudluğunu təmin etmək
- Təlim otaqları, avadanlıq və ya təlimçilərin mövcudluğuna əsasən təlimlərin planlaşdırılmasına kömək etmək
- İştirakçıların qeydiyyatını, davamiyyətin izlənməsini və təlim sənədləşməsini koordinasiya etmək
- Testlər, rəy sorğuları və davamiyyət analizi vasitəsilə təlimlərin effektivliyinin qiymətləndirilməsinə dəstək olmaq
- Təlim qeydlərini və işçilərin davamiyyət məlumatlarını dəqiq şəkildə aparmaq
- Təlim hesabatlarının hazırlanmasına və əsas KPI göstəricilərinin izlənməsinə dəstək vermək
- Yeni işçilər üçün onboarding proqramlarının təşkilinə dəstək göstərmək
- Yerli səviyyədə Təlim İdarəetmə Sisteminin (LMS / FLZ) idarə olunmasına və saxlanmasına kömək etmə
- İşçi cəlb edilməsi (engagement) layihələrinə dəstək vermək