FINCA Azerbaijan
Ana səhifə
/
/
/
İnzibati dəstək və Satınalma üzrə Koordinator

İnzibati dəstək və Satınalma üzrə Koordinator

  • FINCA Azerbaijan
  • 44 Cəfər Cabbarlı küçəsi, Bakı 1065, Azərbaycan
  • Tam ştat

Bu gün

96

Təsvir

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı "İnzibati dəstək və Satınalma üzrə Koordinator" vəzifəsini elan edir.


 İcmal

 

Sərfəli qiymət müqabilində keyfiyyətli xidmət göstərən təchizatçılar ilə işgüzar və şəffaf əlaqələr qurmalı, bütün növ alqı-satqı əməliyyatlarını düzgün və məsuliyyətlə, öz və ya təchizatçının maraqlarını güdmədən, qərəzsiz və obyektiv biznes standartlarına əsaslanaraq həyata keçirməli, müqavilələrin vaxtında hazırlanmasından əmin olmalı və ödənişlərə nəzarət etməlidir. 


Əsas vəzifə öhdəlikləri:


  • Podratın FİNCA-nın Təlimatlarına, siyasət və prosedurlarına uyğun olmasını təmin etmək.
  • Satınalmalar üzrə hesabatvermə və uçota dair öhdəlikləri əlaqələndirmək.
  • Məsul olduğu işinin keyfiyyətlə yerinə yetirilməsinə, işlərin vaxtında səmərəli idarə edilməsi üzrə məsuldur.
  • Müntəzəm olaraq fərdi şəkildə kontragentlərlə maraqlanmalı, Riskli Vergi ödəyicisi olub/olmamasının yoxlamalıdır.
  • Əldə olunmuş məlumat haqqında İnzibati Departament Menecerinə hesabat verir.




Tələblər

Təhsil: İstənilən sahə üzrə Ali təhsil

Təcrübə: Müvafiq sahə üzrə təcrübə üstünlük sayılır

Dil bilikləri:·       Azərbaycan dilində sərbəst danışıb yazmaq bacarığı mütləqdir. İngilis və rus dillərini bilmək üstünlük sayılır.

Kompüter bacarıqları: MS Office proqramları (xüsusilə Excel) üzrə biliklər tələb olunur. 

Təchizatçı seçimi, müqavilə hazırlanması, bazar araşdırması, qiymət analizi kimi prosesləri anlayışı olmalıdır.


Bilik və bacarıqlar:

  • Analitik düşünmə, problem həll etmə bacarığı.
  • Güclü ünsiyyət və danışıqlar aparmaq bacarığı
  • Təşkilatçılıq
  • Məsuliyyətli olmaq,
  • Nəticəyəyönülmlülük
  • Komanda ilə işləmək bacarığı.
  • Müqavilə, tender prosesləri, dövlət satınalmaları üçün – əlaqədar qanunvericiliklə işləmə bacarığı.



Vakansiya haqqında

Son tarix

February 28, 2026

Paylaşılıb

fevral 12, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Supervayzer

Təhsil

Bakalavr

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə

İmtiyazlar

  • Tibbi Sığorta (işçini əhatə edən)
  • Peşəkar beynəlxalq iş mühiti