FINCA Azerbaijan
Ana səhifə
/
/
/
Korporativ işlər üzrə Hüquqşünas

Korporativ işlər üzrə Hüquqşünas

  • FINCA Azerbaijan
  • 44 Cəfər Cabbarlı küçəsi, Bakı 1065, Azərbaycan
  • Tam ştat

Bu gün

73

Təsvir

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Baş ofis üçün Korporativ işlər üzrə Hüquqşünas vəzifəsinə işçi axtarışı elan edir.


Vəzifənin əsas öhdəlikləri hansılardır?


“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Baş ofis üçün Korporativ işlər üzrə Hüquqşünas vəzifəsinə işçi axtarışı elan edir.

 

Vəzifənin əsas öhdəlikləri hansılardır?

 

  • Müqavilələrə və digər hüquqi qüvvəyə malik sənədlərə hüquqi baxışın keçirilməsi.
  • Bütün struktur bölmələrə hüquqi yardım etmək, onlardan daxil olmuş sorğulara rəy və izahatlar verilməsinə dəstək göstərmək;
  • Təşkilat tərəfindən qanunvericiliyin və korporativ aktların göstərişlərinə düzgün tətbiq edilməsinə nəzarətdə iştirak etmək;
  • Azərbaycan qanunlarında və qaydalarında, xüsusən də maliyyə və korporativ sektorlara təsir edən dəyişikliklər, düzəlişlər və yeni inkişaflardan xəbərdar olmaq və aidiyyatı strukturları bu barədə məlumatlandırmaq;
  • Dövlət orqanları və ictimai təşkilatlarla yazışmalar aparmaq;
  • Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarətin edilməsi;
  • Korporativ hüquq fəaliyyət ilə bağlı olan təlimat, qayda və iş prosedurların layihəsini və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlayır, aidiyyəti struktur bölmələrlə razılaşdırır;
  • Nizamnamə və idarəetmə orqanlarının əsasnamələrinin, bu sənədlərə əlavə və dəyişikliklərin hazırlanmasını həyata kecirir, onların müvafiq dövlət orqanlarında qeydiyyata alınmasını təmin edir;
  • Bütün əqdlərin, o cümlədən beynəlxalq müqavilələrin və sazişlərin hazırlayır, hüquqi ekspertizasını həyata keçirərək rəy verir;
  • Təşkilatin hüququ korporativ sənədləşmə işlərini həyata keçirmək.


Tələblər

Namizəddən gözləntilərimiz:

  • Hüquq üzrə bakalavr dərəcəsi (Magistr dərəcəsi LLM, MBA  üstünlükdür)
  • Bank sahəsində iş təcrübəsi üstünlükdür;
  • İş təcrübəsi : 1 il (müqavilə, beynəlxalq müqavilə tərtibi və ya ekspertizası üzrə)
  • Hüquq sahəsində geniş təcrübə: mülki,əmək və bank qanunvericiliyi üzrə geniş biliklər
  • Dil bilikləri: Azərbaycan dili sərbəst, ingilis dili yaxşı səviyyədə, rus dili üstünlükdür
  • Kompüter bilikləri: Microsoft Office əla səviyyədə (xüsusilə Word, Excel, Power Point)

 



Bacarıqlar:


  • Analitik bacarıqlar
  • Ünsiyyət
  • Təfərrüata diqqət
  • Problemin həlli
  • Layihə İdarəetmə


Vakansiya haqqında

Son tarix

October 24, 2025

Paylaşılıb

oktyabr 10, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Hüquq

İmtiyazlar

  • Tibbi Sığorta (işçini əhatə edən)
  • Həyat Yığım sığortasından istifadə etmək imkanı
  • Peşəkar inkişaf imkanları
  • Əmək Müqaviləsi və qanunvericilikdə nəzərdə tutulan vəzifə üzrə əsas məzuniyyət günlərinə əlavə şirkət tərəfindən təqdim olunan əlavə 2 məzuniyyət günü