“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı " Marketinq mütəxəssisi" vəzifəsini elan edir.
Vəzifənin əsas öhdəlikləri hansılardır?
- Cari məhsullar üzrə trendlərin və bazar istiqamətlərinin izlənilməsi, yeni bazar imkanlarının və hədəf auditoriyaların müəyyən edilməsi
- Kəmiyyət və keyfiyyət əsaslı araşdırmaların təşkili: sorğular, fokus qruplar
- Toplanan məlumatların analizi və təhlili, məlumatların emalı prosesinə rəhbərlik
- Rəqib analizinin aparılması, bazardakı mövqelərin dəyərləndirilməsi və hesabatların hazırlanması
- Araşdırmaların nəticələrinə əsaslanaraq məhsul və satış strategiyalarına dair təkliflərin verilməsi
- Marketinq tədbirlərinin (kampaniyalar, regionlarda tədbirlər, təqdimatlar və s.) təşkili və icrası
- Regionlarda keçirilən tədbirlər və sahə marketinq fəaliyyətləri üçün ezamiyyətlərdə iştirak
- Brend tanıtımı və vizual kimlik standartlarının tətbiqinə nəzarət və təşəbbüslərin hazırlanması
- Daxili və xarici kommunikasiyalar üçün mesaj və materialların hazırlanması
- Promo, çap və vizual materialların (bannerlər, bukletlər, broşurlar və s.) sifarişi, dizayn prosesinin koordinasiyası
- Satış komandasına dəstək məqsədilə materialların hazırlanması və təmin edilməsi
- Marketinq layihələrinin icrasına və idarə olunmasına ümumi dəstək göstərilməsi