FINCA Azerbaijan
Ana səhifə
/
/
/
Marketinq üzrə mütəxəssis

Marketinq üzrə mütəxəssis

  • FINCA Azerbaijan
  • 44 Cəfər Cabbarlı küçəsi, Bakı 1065, Azərbaycan
  • Tam ştat

21-07-2025

297

Təsvir

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı " Marketinq mütəxəssisi" vəzifəsini elan edir.

 

Vəzifənin əsas öhdəlikləri hansılardır?


  • Cari məhsullar üzrə trendlərin və bazar istiqamətlərinin izlənilməsi, yeni bazar imkanlarının və hədəf auditoriyaların müəyyən edilməsi
  • Kəmiyyət və keyfiyyət əsaslı araşdırmaların təşkili: sorğular, fokus qruplar
  • Toplanan məlumatların analizi və təhlili, məlumatların emalı prosesinə rəhbərlik
  • Rəqib analizinin aparılması, bazardakı mövqelərin dəyərləndirilməsi və hesabatların hazırlanması
  • Araşdırmaların nəticələrinə əsaslanaraq məhsul və satış strategiyalarına dair təkliflərin verilməsi
  • Marketinq tədbirlərinin (kampaniyalar, regionlarda tədbirlər, təqdimatlar və s.) təşkili və icrası
  • Regionlarda keçirilən tədbirlər və sahə marketinq fəaliyyətləri üçün ezamiyyətlərdə iştirak
  • Brend tanıtımı və vizual kimlik standartlarının tətbiqinə nəzarət və təşəbbüslərin hazırlanması
  • Daxili və xarici kommunikasiyalar üçün mesaj və materialların hazırlanması
  • Promo, çap və vizual materialların (bannerlər, bukletlər, broşurlar və s.) sifarişi, dizayn prosesinin koordinasiyası
  • Satış komandasına dəstək məqsədilə materialların hazırlanması və təmin edilməsi
  • Marketinq layihələrinin icrasına və idarə olunmasına ümumi dəstək göstərilməsi




Tələblər

  • Ali təhsil (Marketinq, Biznesin idarə edilməsi, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə)
  • Marketinq, müştəri davranışlarının təhlili və ya əlaqəli sahələrdə ən azı 2 il təcrübə (maliyyə sektorunda təcrübə arzuolunandır)
  • Yaradıcı düşüncə və təşəbbüskarlıq
  • Komandada işləmək və sahə ezamiyyələrinə hazır olmaq
  • Microsoft Word, Excel Power Point ofis proqramlarından peşəkar qaydada istifadə
  • Azərbaycan və ingilis dilində yüksək səviyyədə yazı və nitq bacarığı (rus dili arzuolunandır)

Vakansiya haqqında

Son tarix

August 5, 2025

Paylaşılıb

iyul 21, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Kütləvi İnformasiya vasitələri və İctimaiyyətlə Əlaqələr

İmtiyazlar

  • Tibbi Sığorta (işçini əhatə edən)
  • Həyat Yığım sığortasından istifadə etmək imkanı
  • Beynəlxalq iş mühütü
  • Peşəkar İnkişaf imkanları – təlimlərdə iştirak, sertifikasiyalar