FINCA Azerbaijan
Ana səhifə
/
/
/
Məhkəmə İşləri üzrə Hüquqşünas

Məhkəmə İşləri üzrə Hüquqşünas

  • FINCA Azerbaijan
  • 44 Cəfər Cabbarlı küçəsi, Bakı 1065, Azərbaycan
  • Tam ştat

Dünən

164

Təsvir


Məhkəmə işləri üzrə:

·       Daxil olmuş işlərin reyestrə daxil etmək;

·       Təşkilatın mövqeyinin lazımi qaydada müdafiə olunması istiqamətində bütün daxili sənədləşmə və hazırlıq işlərini görmək və qanunvericiliklə müəyyənləşdirilmiş hüquqlardan (məhkəmə qərarlarından şikayət vermə, iddiaya və ya şikayətə etiraz, hakimə və ya məhkəmə tərkibinə etiraz və s.) lazımi qaydada istifadə etmək;

·       Məhkəmə proseslərində, İcra şöbələrində və digər dövlət və özəl Təşkilatlarda Təşkilatın maraqlarını müdafiə etmək, Məhkəmə proseslərindən sonra həmin prosesin gedişatı və nəticəsi barədə birbaşa Rəhbərinə məlumat vermək, regionlara məhkəmə proseslərində iştirak etmək məqsədi ilə davamlı olaraq səfərlər etmək;

·       Məhkəmə aktları məhkəmə tərəfindən rəsmi olaraq Təşkilata göndərilmədikdə onların alınması üçün bütün mümkün tədbirləri görür, şifahi və yazılı müraciətlər etmək;

·       İcraatında olan işlərin icrası vəziyyəti barədə Şöbə Rəhbərinə həftəlik və aylıq hesabat vermək;

·       Məhkəmədən, hüquq mühafizə orqanlarından və digər dövlət orqanlarından gələn sorğu və məktubların qanunvericiliklə müəyyənləşdirilmiş müddətdə cavablandırılması üçün tədbirlər görmək.

·       Bilavasitə tabe olduğu Şöbə rəhbərinin bütün digər tapşırıqlarını icra edir.

Qeyd edilən vəzifələrdən yalnız birin, bir necəsinin və ya proporsional qaydada hamısının verilməsi Departament daxilindəki iş bölgüsünə uyğun  olaraq Departament rəhbəri tərəfindən birtərəfli qaydada müəyyən edilir.


Tələblər


İxtisas və təcrübə tələbləri:

·       Hüquqşünas ixtisası üzrə ali təhsil;

·       Hüquq sahəsi üzrə ən azı 2-3 il iş təcrübəsi;

·       Mülki, mülki-prosessual və bank qanunvericiliyini lazımı səviyyədə bilməli;

·   Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyətinə malik olmaq (İngilis və Rus dillərini bilmək arzuolunandır);

·       MS Office proqramlarını yaxşı səviyyədə bilmək.

Şəxsi keyfiyyətlər:

·       FİNCA missiyasına bağlılıq;

·       Dürüstlük və etibarlılıq;

·       Məsuliyyətlilik;

·       Vaxt məhdudiyyəti olan şəraitdə işləmək bacarığı;

·       Əla ünsiyyət vərdişləri;

·     Yüksək etik standartlara bağlılıq, o cümlədən hüquqşünas olaraq müştərinin konfidensiallığı və müştəriyə loyallıq standartlarına əməl etmək.


Vakansiya haqqında

Son tarix

fevral 27, 2025

Paylaşılıb

fevral 11, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Hüquq