FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Baş Ofis üzrə Məhkəmə işləri üzrə Hüquqşünas/Kiçik Hüquqşünas vəzifəsini elan edir.
Əsas öhdəlikləri:
- Təşkilatın mövqeyinin lazımi qaydada müdafiə olunması istiqamətində bütün daxili sənədləşmə və hazırlıq işlərini görmək və qanunvericiliklə müəyyənləşdirilmiş hüquqlardan (məhkəmə qərarlarından şikayət vermə, iddiaya və ya şikayətə etiraz, hakimə və ya məhkəmə tərkibinə etiraz və s.) lazımi qaydada istifadə etmək;
- Məhkəmə proseslərində, İcra şöbələrində və digər dövlət və özəl Təşkilatlarda Təşkilatın maraqlarını müdafiə etmək, Məhkəmə proseslərindən sonra həmin prosesin gedişatı və nəticəsi barədə birbaşa Rəhbərinə məlumat vermək, regionlara məhkəmə proseslərində iştirak etmək məqsədi ilə davamlı olaraq səfərlər etmək;
- Məhkəmə aktları məhkəmə tərəfindən rəsmi olaraq Təşkilata göndərilmədikdə onların alınması üçün bütün mümkün tədbirləri görür, şifahi və yazılı müraciətlər etmək;
- İcraatında olan işlərin icrası vəziyyəti barədə Şöbə Rəhbərinə həftəlik və aylıq hesabat vermək;
- Məhkəmədən, hüquq mühafizə orqanlarından və digər dövlət orqanlarından gələn sorğu və məktubların qanunvericiliklə müəyyənləşdirilmiş müddətdə cavablandırılması üçün tədbirlər görmək.
- Bilavasitə tabe olduğu Şöbə rəhbərinin bütün digər tapşırıqlarını icra edir.
Qeyd: qeyd olunan öhdəliklərdən yalnız birin, bir necəsinin və ya proporsional qaydada hamısının verilməsi Departament daxilindəki iş bölgüsünə uyğun olaraq Departament rəhbəri tərəfindən birtərəfli qaydada müəyyən edilir.