FINCA Azerbaijan
Ana səhifə
/
/
/
Müştəri Müraciətləri üzrə İşçi

Müştəri Müraciətləri üzrə İşçi

  • FINCA Azerbaijan
  • 44 Cəfər Cabbarlı küçəsi, Bakı 1065, Azərbaycan
  • Tam ştat

01-05-2024

1.3K

Təsvir

FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Baş Ofis Müştəri Müraciətləri üzrə İşçi vəzifəsinə işçi axtarışı elan edir.


Əsas vəzifə öhdəlikləri:


  • Müştərilərdən birbaşa və ya dövlət orqanları vasitəsi ilə Təşkilatın müştəri şikayətləri kanalına daxil olan yazılı və şifahi müraciətləri qəbul edir, qeydə alır və müvafiq Hüquqşünasın nəzarətində cavablandırılmasını təmin edir;
  • Müştərilərin məlumatlandırılması məqsədilə onların hüquq və öhdəlikləri, o cümlədən müraciətlərə baxılması prosesi barədə sənədləri hazırlayır, həmin sənədlərin əlçatanlığını və müştərilərə izah edilməsini təmin edir;
  • Müraciətlərin xarakterindən asılı olaraq Müştərilərlə şifahi danışıqlar aparır və görüşlər təşkil edir, müvafiq Hüquqşünasın nəzarətində onlara müraciətləri üzrə məsləhət və izahatlar verir;
  • Müraciətlərin araşdırılması məqsədi ilə aidiyyəti struktur bölmələrlə operativ məlumat mübadiləsi aparır, sorğular verir, aidiyyəti sənədləri tələb edir, onlardan yazılı və şifahi arayışlar və məlumatlar alır;
  • Müştəri xidməti ilə əlaqədə olan əməkdaşlara, müştərilərin şikayətlərinin toplanması və struktur bölməyə ötürülməsi, istehlakçılarla davranış və digər mövzularda təlimlərin keçirilməsini təmin edir;
  • Müştərilərdən daxil olan şikayətlərin reyestrdə qeydiyyatını aparır, reyestrdə olan məlumatları daxil olma dövrünə və xarakterinə uyğun icmallaşdırır;
  • Fəaliyyətinə və istehlakçı şikayətlərinin əsas səbəblərinə dair statistikanın aparılmasını və ümumiləşdirilməsini təmin edir;
  • Müştərilərlə hüquqlarının, qanuni mənafelərinin və istehlakçılarla münasibətlərdə etik davranış qaydalarının pozulması hallarının aşkarlanması üçün müvafiq Hüquqşünasın nəzarətində araşdırma aparır və çatışmazlıqların aradan qaldırılması istiqamətində Hüquq Departamenti Rəhbərinə müvafiq təkliflər hazırlayır;
  • Birbaşa Rəhbəri tərəfindən müəyyən edilmiş digər öhdəlikləri icra edir. 



Tələblər

Təhsil və təcrübə:

  • Ali təhsil (Hazırda Bakalavr dərəcəsini bitirməkdə olan namizədlər müraciət edə bilər);
  • İş təcrübəsi tələb edilmir (Müştərilərlə iş sahəsində könüllü təcrübənin olması üstünlükdür);
  • Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyətinə malik olmaq;
  • Rus və ya İngilis dilində orta danışıq və yazı qabiliyyətinə malik olmaq üstünlükdür;
  • Zərurət olarsa Regionlara səfər etmək imkanına malik olmaq;
  • MS Office proqramlarını yaxşı bilmək;
  • Üzərinə məsuliyyət götürmək, müstəqil və komanda daxilində işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri.


Vakansiya haqqında

Son tarix

may 24, 2024

Paylaşılıb

may 1, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə

İmtiyazlar

  • Əmək Müqaviləsi və qanunvericilikdə nəzərdə tutulan vəzifə üzrə əsas məzuniyyət günlərinə əlavə şirkət tərəfindən təqdim olunan əlavə 2 məzuniyyət günü haqqı
  • Tibbi Sığorta (işçini əhatə edən)
  • Həyat Yığım sığortasından istifadə etmək imkanı
  • Push30
  • Peşəkar beynəlxalq iş mühiti
  • Peşəkar İnkişaf imkanları – təlimlərdə iştirak, sertifikasiyalar
  • İş Qrafiki: Bazar Ertəsi – Cümə günləri, saat 09:00 - 18:00. Şənbə, Bazar günləri, dövlət bayramları və milli hüzn günləri qeyri-iş günləridir