“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı "Rəqəmsal marketinq mütəxəssisi" vəzifəsini elan edir.
Vəzifənin əsas öhdəlikləri hansılardır?
- Biznes ehtiyacları əsasında rəqəmsal marketinq kampaniyaları yaratmaq, idarə etmək və optimallaşdırmaq;
- Müvafiq məhsul və şirkət kommunikasiyasını və brend reputasiyasını təmin etmək üçün sosial media kanallarını, korporativ vebsaytı idarə etmək və yeniləmək;
- Rəqəmsal marketinq təqvimini idarə etmək;
- Satış kampaniyalarının onlayn və oflayn konvertasiyasını izləmək və hesabat vermək;
- Rəqəmsal marketinq aktivlərini yaratmaq və idarə etmək;
- Marketinq fəaliyyətlərinin effektivliyini mütəmadi olaraq ölçmək və hesabat vermək;
- Hesabatların hazırlanması və bu hesabatların ümumi analizlərə inteqrasiyası; qlobal FINCA rəqəmsal marketinq tablosuna töhfə vermək;
- Marketinq və digər təşkilati məsələlərlə bağlı Marketinq Departamentinin Meneceri tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.